İstəyir şəhrdən ol dilbəri-məhparə gedə,Günümü hicrdə zülfü tək edib qarə gedə.

Bu xəbərdən ki, gedib yar, ürəgim getdi mənim,Ah o gündən ki, müqabildən o məhparə gedə.

O kaman qaş nola kim, tiri-nigahilə məniBir səvab eyləyibən öldürə, qurtarə, gedə.

Axıb ey qanlı yaşım, yolları məsdud eylə,Qoyma kim, bir tərəf ol dilbəri-xunxarə gedə.

Qorx o gündən ki, o məhparə fərağında, fələk,Badə ahımla mənim sabitü səyyarə gedə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çəkə zənciri-səri-zülfə dili-şeydanı,Qıla bu Seyyidi-divanəyə bir çarə, gedə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love