Cəfəra, bavər eylə kim, QuranVəhydir, nazil eyləyib sübhan.Vardı peyğəmbər əsri çox şüəra,Etdilər çox qəsidələr inşa.Onların mayəsi fəsahət idi,Hamısı mənbəyi-bəlağət idi.Neçə qərra qəsidə mülhəq idi,Xaneyi-Kəbədən müəlləq idi.Yazıb əshablər neçə ayə,Ta ki versin şikəst o inşayə.Asdılar bami-Kəbədən ani,Şairin zahir oldu bütlani.

**Oldu “ya ərzü iblə”i peyda,Ol “qifa nəbkə” vurdu nəbki-qifa.Məhv edib səbeyi-müəlləqəni,Zail etdi çidalü ləqləqəni.İnsü cinn olsa cəm, ey dana,Edə bilməz bir ayəsin inşa.Həq kəlami hara, kəlami-bəşər?Onu inkar edən bəlayə düşər.Xoş deyibdir Nizamiyi-ustad,Həqq onun qəbrini qıla abad!Gəncə yanında qəbri virandır,Günbədi torpaq ilə yeksandır.“Süxən əz aləmi-kəbud aməd,Süxən əz asiman fürud aməd.Gər budi gövhəri vərayi-süxənAn fürud amədi becayi-süxən”Bəhri-vəhdətdən ayrılıb ol dürr,İbtidada kəlami-nəfsidür.Lövhdə bir vücuddur kətbi,Cümlə ayati-yabisü rətbi.Ey oğul, həzrəti-rəsulə ani,Gətirib Cəbrəil hər ani.Surə bər surə, ayə bər ayəNazil olmuş rəsuli-Bəthayə.Həq kəlami, o möhkəmü tənzil –Ki, çəkib müddəti iyirmi üç il[...]Bu sifət cövhəri-nəfis kəlam,Bil, iyirmi üç ildə oldu təmam.Odur isbatə möcüzi-baqi –Ki, qoyub zarü aciz afaqi.Var idi əvvəli pərakəndə,Onu bir növ oxurdu hər bəndə.Bu səbəbdən ki, tapmasın təhrif,Misli-butə nə kim, olubdu xəfif,Onu cəm etdi Həzrəti-Osman,Bu haman cəmdir ki, var əlan.Gərçi mənası qeyri-asandır,Kağızı, xətti, cildi Qurandır.Harda görsən kəlami-sübhani,Öpübən qoy göz üstünə ani.Möcüzi-həqdü batinü zahir,Məss etməz məgər onu tahir?Ey gözüm nuri, ey ətayi-xuda,Vermə təfsirsiz ona məna:

**Çəkibən rəncü zəhməti-bişmər,Onu təfsir edib müfəssirlər.Bilməsən hər birin o ayətdən,Gedibən örgən əhli-xibrətdən.Olma sən ol çoban kimi nadan,Nagəhan yolda tapdı bir Quran,Dedi kim, yaxşı oldu bu halət,Mənə tari yetirdi həmsöhbət.Açdı Qurani-paki ol əhməq,Çevirib eylədi vərəqbəvərəq.Görmüşəm səndə vardı xoş avaz,Bir zaman həm çobanə ol dəmsaz.Gördü kim, xeyr, laldır Quran,Yerə qoydu əlindən ol heyvan.Vurdu Quranə bir neçə dəyənək,Dedi: – Gördü çobanı oldu kənək.Mollanı görsə mırt-mırt danışar,Lal olur bizdə, bildiyin də çaşar [...]

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets