Əvvəl məni əcəb özünə həmdəm eylədin
Əvvəl məni əcəb özünə həmdəm eylədin.Axır salıb bəlaya, ənisi-qəm eylədin.Sayə kimi dalınca süründüm mən aləmi,Çaldın daşa, fələkzədeyi-aləm eylədin.
Gəh göstərib cəfa, gəhi tutdun rəhm-vəfa,Nə döndün əhddən, nə də ki, möhkəm eylədin.
Tökdün qəmi qəm üstə, – əlac eylərəm, – dedin,Nə öldürüb, nə qəlbimi bir xürrəm eylədin.
Çəkdin gözüm önündən o nur camalını,Tökdün yerə gözüm yaşını, şəbnəm eylədin.
Zülfün kimi bu qəlbimə çox üğdələr vurub,Eyşim busatını necə gör bərhəm eylədin?
Etdim nə qədər Kəbeyi-kuyun təvafını,Nə məhrəm eylədin, nə də naməhrəm eylədin.
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-evvel-meni-eceb-ozune-hemdem-eyledin
Use ← → keys to move, R for a random poem
More by this author
Xoşa o gün ki, mənim qəm günümdə yarım idin,Ənis-munis, qəmxar-qəmgüsarım idin.
Xoşa sənilə həmavaz olduğum günlərXoşa sənilə həmavaz olduğum günlər,Həmişə həmdəmü həmraz olduğum günlər.
Sənin eşqində mən ey bivəfa, yüz min cəfa gördümSənin eşqində mən ey bivəfa, yüz min cəfa gördüm,Nə bir ömrümdə şad oldum, nə bir zövq-səfa gördüm.
Salıbdı möhnəti-hicrin bir özgə halə məniSalıbdı möhnəti-hicrin bir özgə halə məni,Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.
Poems by other poets · Love
Ala gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Su verSallanıban bağdan gələn ay maralım, bir su ver.Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.
Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi?Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi?Cigər pürkaləsindən navüki-müjgan keçsinmi?