Dünya
Şahlıq, sərkərdəlik qalıb arxada,Dünyanı hərlədən güc yox, beyindir.Bəşər haradaydı, indi harada,Güc indi fikirdə zərgərliyindir.
Bəşər yol tapsa da aya, ulduza,Yenə qalıb yerdə torpaq davası.Azlıqdan çoxluğa, çoxluqdan azaDəyişib büsbütün yerin havası.
Bir ildir Günəşin yerdə bir anı,Süd yolu Günəşdən milyard il qədim.Bunların gücüylə Dünya fırlanır,Belə fırlanışı dəyişmək çətin.
Yerin çəkisi də yerində vardır,Bu çəki nə itir, nə də ki, artır.Yaradan Dünyanı elə yaradıb,Bir yandan doğulur, bir yandan qartır.
Nəsillər dəyişir biri-birini,Dünya da dəyişir nəsilbənəsil.Dəyişir Günəş də, Ay da yerini,Dəyişməz vardırsa demək sağ deyil.
Yerlə bir hərlənir, dolanır bəşər,Sürətlə tərpəniş bunca ölməzdir.Sürət sabahına yollanır bəşər,Sabahkı sürətsə ağlagəlməzdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-dunya
Use ← → keys to move, R for a random poem
More by this author
Boş görmüşdü Buzər şahlıq yerini,Dolu gözlər hər gün boş yer axtarır.
Toplantı söylənciƏkbitənə yığıldılar qırx önər,Düz danışıq işdə düyün açandı.
Sona və ana söylənciUryer adı döndü oldu Urdiyar,Hər şey bunca yavaş-yavaş dəyişir.
Dümağ söylənciVerib uca qarlı dağlar, dal dala,Söylənci var bil ki, söylənc olanın.
Poems by other poets
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xanın Zakirə cavabıQasım bəy, adətdir, xan qulluğuna,Bir kəs atlı gələ, piyadə gedər.
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,