Çıxdı üzə toplumuyla Qardanağ,Sən qorxudan qorxma, yoxsa batarsan.Filip oğlu qorxu-ürkü salmışdı,Sən qorxudan qorxma, yoxsa batarsan.

Filip oğlu Qardanağı yanlayır,Onun cavan olduğunu anlayır,Öz dilində Qardanağı danlayır,Sən qorxudan qorxma, yoxsa batarsan.

Dedi: – Başçı, siz Filipi döyübsüz,Döyüşlərdə təhqir edib, söyübsüz,Siz Filipə gülüb, ağız əyibsiz,Sən qorxudan qorxma, yoxsa batarsan.

Deyir: – Sərtüz haradadır, de mənə,Yazıları haradadır, de mənə,Öz yanımda məqam verrəm, yer sənə,Sən qorxudan qorxma, yoxsa batarsan.

Sən Yunanda başlarbaşı olarsan,Ya istəsən öz yerində qalarsan,Məndən böyük-böyük töhvə alarsan,Sən qorxudan qorxma, yoxsa batarsan.

Qardanağa ağır sözlər toxunur,Gözlərində lənət, nifrət oxunur,Dediyi söz heyran qoyur çoxunu,Sən qorxudan qorxma, yoxsa batarsan.Deyir: – Utan, Filip oğlu, sözündən,Bac almağa gəlməmişəm bura mən,“Avesta”dır səni bura gətirən,Sən qorxudan qorxma, yoxsa batarsan.

İranda yox, Turandadır “Avesta”,Qızıl mıxla yazılmışdır o hətta,Onu yığıb, toplamışdır Turq ata,Sən qorxudan qorxma, yoxsa batarsan.

Filip oğlu deyir: – Onu get gətir,Nə istəsən xəzinədən gəl, götür,“Avesta”nı gətir, mənə sən yetir,Sən qorxudan qorxma, yoxsa batarsan.

Ancaq gecə o yolladı yüz atlı,Dedi: – Gedin, Ekbatana qanadlı,Qırın, vurun, yaxın güclü, inadlı,Sən qorxudan qorxma, yoxsa batarsan.

Hər cildini yük eyləyin bir ata,Yoxdur orda Tunq, Dəmirqız, Turq ata,Gətiriniz, ataq onu gur oda,Sən qorxudan qorxma, yoxsa batarsan.

Qızıl mənim, tüstü-alov, od sizin,İran bizim, Turan bizim, Hind bizim,Gərək gedim Çineli də mən gəzim,Sən qorxudan qorxma, yoxsa batarsan.

Heyran qaldı göstərişə çoxları,Kim yığacaq görən qızıl mıxları,Düşgünləşdi, sallaq qaldı bığları,Sən qorxudan qorxma, yoxsa batarsan.

Qardanağın göyə qalxdı toppuzu,On ox dəydi gövdəsinə ən azı,O itirdi at üstündə tarazı,Sən qorxudan qorxma, yoxsa batarsan.

Dedi: – Yağlı söz verirdin sən mənə,Bəxş edirdin Filip oğlu xəzinə,Tüpürürəm ey yalançı mən sənə,Sən İranı niyə qoydun bu günə,Sən qorxudan qorxma, yoxsa batarsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets