İskəndərin yürüş söylənci
Keçdi illər, səs çıxmadı qəbirdən,Daş ağırdır, o heç zaman danışmaz.Çəkic döydü, danışdırdı dəmiri,Daş ağırdır, o heç zaman danışmaz.
Yürüşdədir Filip oğlu İskəndər,Döyüşlərdə yüz-yüz ölür hər səfər,Yaraqlıdır, yaraqsızdır ölənlər,Daş ağırdır, o heç zaman danışmaz.
Altı atlı qoşqu canlı divardır,Min-min uzun nizə dəmir hasardır,Atlı alay, bölük qatar-qatardır,Daş ağırdır, o heç zaman danışmaz.
Qəm dolmuşdu İran boyu gözlərə,Qəm qonmuşdu ləkə-ləkə üzlərə,Yayılmışdı qurd-quş, çaqqal düzlərə,Daş ağırdır, o heç zaman danışmaz.
Turqər dedi: – Yaraqlılar, irəli!Qazılacaq Balasqelin təməli,Girə bilməz bu ölkəyə hər dəli,Daş ağırdır, o heç zaman danışmaz.
Yaraqlılar cərgə-cərgə yürüşdə,Ancaq hələ xəbər yoxdur döyüşdən,Heç kəs yaxşı baş çıxartmır bu işdən,Daş ağırdır, o heç zaman danışmaz.
Filip oğlu çaş-baş qalıb sən demə,O, İrana girib, Turan yerinə,Durub gedən dalır döyüş seyrinə,Daş ağırdır, o heç zaman danışmaz.Örgənib ki, Muğlar dolu İranda,Muğ rəhbərdir işdə-gücdə, hər yanda,Fars dolaşır, orda, burda yalandan,Daş ağırdır, o heç zaman danışmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-iskenderin-yurus-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Yer üzünə bir də Zərdüşt gələcək,O, tanrının oğlu, tanrı yoludur.
Ağüzün sevgi söylənciKeçdi yüz gün Araz üstdə döyüşdənSevgi birdən gəlir,-demə!, Yalandır.
Muğanel söylənciMuğanelin yerincliyi Aranda,Hər bir yerin başbiləni yerincdir.
Uğureldə vuruş söylənciUğureldə səngimirdi döyüşlər,Keçmişlərdən qalıb ayıq-sayıqlıq.
Poems by other poets
Yüz ev yıxan bir ev tikməz,Yurdu viran qalacaqdı.
Qəzəl: Təəmmül eyləmə, saqi, yetər xumar mənəTəəmmül eyləmə, saqi, yetər xumar mənəBoynun bəlasın alım, bəsdir intizar mənə
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
Ah, kim dövrani-kəcrov halımı zar eylədiAh, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.