Qalacaqdı
Yüz ev yıxan bir ev tikməz,Yurdu viran qalacaqdı.Zülm etməyən cəza çəkməz,İşdən ilham alacaqdı.
Düz düşünən, yaxşı qanan,Gülə, çiçəyə boyanan,Sülhü sevən, dost qazanan,Bil, qələbə çalacaqdı.
Vəli saymaz saymayanı,Söküb, yeyib doymayanı,Elə hörmət qoymayanı,El gözündən salacaqdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-qalacaqdi
Use ← → keys to move, R for a random poem