Sərtüz söylənci
Bir gün Sərtüz gəlib çıxdı Başevə,
Çətin işdir bu dünyanı düzəltmək.
Yazı gəldi yazdıqları üstünə,
Çətin işdir bu dünyanı düzəltmək.
Bir adamı düzəltmək də lap ağır,
Tərs adamın boğazından od yağır,
Yazılardı düz adamın yarağı,
Çətin işdir bu dünyanı düzəltmək.
Xeyirlə Şər hər söz başı vuruşur,
Adamların hər işinə qarışır,
Onlar tez-tez yaxalaşır, barışır,
Ikilikdi bu dünyanın duruşu,
Çətin işdir bu dünyanı düzəltmək.
Şər Xeyirdən hər bir işdə güclüdür,
O, xeyirdən əl-ayaqlı üzlüdür,
Xeyir haqdır, ancaq qıztək nazlıdır,
Yolu yaman kələ-kötür, tozludur,
Çətin işdir bu dünyanı düzəltmək.
Düz adamın sakit olur ürəyi,
Bilir axır gələcəkdir istəyi,
Işlək olur Şərin dili, biləyi,
Bilir bu cür gəlir baxtı, çörəyi,
Çətin işdir bu dünyanı düzəltmək.
Düz güc verir dua kəsi, qurbana,
O gözləyir dünya nura boyana,
Şər deyir ki, mən bağlıyam yamana,
Çətin işdir bu dünyanı düzəltmək.
Odur ki, tərs zirəng olur, düz aciz,
Bunca daim vuruşurlar tərslə düz,
Iki yerə bölünmüşük bunca biz,
Çətin işdir bu dünyanı düzəltmək.
Sərtüz yazır, bağlan böyük tanrıya,
Tanrı çətin işdə sənə yarayar,
Tapır özün tanrısını arayan,
Çətin işdir bu dünyanı düzəltmək.
Tərs qabarır, bu dünyanı pisləyir,
Düz oturub haqq-ədalət gözləyir,
O da özün hərdən-birdən pisləyir,
Köməyinə tanrısını səsləyir,
Çətin işdir bu dünyanı düzəltmək.
Qulaq asır Başev belə Sərtüzə,
İnsanlarda güclü inam tanrıdır.
O danışır, Başev baxır, qımışır,
Insanlarda güclü inam tanrıdır.
Iti gözü, gur saqqalı, sərt üzü,
Yamsılayır tərs adamı, tərs düzü,
Qulaq asır dediyinə tək özü,
Insanlarda güclü inam tanrıdır.
İnammazın yolu tərsdir, dönümdür,
Dönümlərin sonu yersiz ölümdür,
Inammasan tanrı sənə qənimdir,
Insanlarda güclü inam tanrıdır.
Məqsədinə çatır kim ki beciddir,
Bütün yollar ona açıq-keçitdir,
Yolda qalır kim ağırdır, kim kütdür,
Amandadır kim ki bir az kobutdur,
Insanlarda güclü inam tanrıdır.
Tunqər qulaq asır sanki Sərtüzə,
Düşünür ki, nə verəcək bu bizə,
Çöldən alır bizi soxur dəhlizə,
Oturmuşuq, gör, kim ilə üz-üzə,
Insanlarda güclü inam tanrıdır.
Sərtüz bunu duyur sanki, danışmır,
O, Başevin işlərinə qatışmır,
Bilir burda hələ inam çatışmır,
Heç kəs onun ətəyindən yapışmır,
Insanlarda güclü inam tanrıdır.
Turq yoxdursa, demək Sərtüz əfəldir,
Turq Sərtüzə qol-qanaddır, təməldir,
Yarıtanrı Turqa tanrı əzəldir,
Sən varsansa mən də varam, məsəldir,
Insanlarda güclü inam tanrıdır.
Sərtüz küsür, Subölənə qayıdır,
Tanrılaşır sınıq ürək yamayan.
Orada da inammıllar Sərtüzə,
Tanrılaşır sınıq ürək yamayan.
Biri durur qəsddən salır hay-haray,
– İnanmayın, -deyir-böyük Ahura,
Inanmayın hər gözələ, çopura,
Inanmırıq biz bu kəşfə, uğura,
Inanmayın bu möhtəşəm qotura,
Tanrılaşır sınıq ürək yamayan.
Sərtüz gedir Turpar şahın yanına,
Orada da o yük olur qapana,
Orada da toxunullar şanına,
Bir üşüntü gəlir onun canına,
Tanrılaşır sınıq ürək yamayan.
Təkcə Tusdur onu evdə saxlayan,
Yazısını alıb tez-tez yoxlayan,
Ümüd verən ona, ümüd bağlayan,
Tanrılaşır sınıq ürək yamayan.
Tusun qəsdi çox gizlidir, dərindır,
Baş çıxartmaq ondan çox-çox çətindir,
O düşünür,”Bizə gərək bu dindir,
Bu, tanrıdan göndərmədir; yəqindir”,
Tanrılaşır sınıq ürək yamayan.
Tus düşünür, “o, İrana xas olar,
O türklükdən dönər, burda fars olar,
Bu, İranın sabahına şans olar,
Bununla da çox toy olar, yas olar”,
Tanrılaşır sınıq ürək yamayan.
“Mən Sərtüzü Tunqa qarşı qoyaram,
Yazıları dəyişərəm, yayaram,
Onun qalın dərisini soyaram,
Tanrılaşır sınıq ürək yamayan.
Yazıq Tunqun saya gəlməz günahı,
Turpar kimdir, məhv edərəm o şahı,
Tunqun üstə mən ataram günahı,
Tanrılaşır sınıq ürək yamayan.
Sərtüzün də gələcəyi bəllidir,
Sərtüz məğrur, bir az, bir az yellidir,
Deyərəm ki, sərtdir, acı dillidir,
Yazıları qızıl, özü dəlidir,
Tanrılaşır sınıq ürək yamayan.
Odur, Sərtüz burda qalsa yaxşıdır,
Türk olmasın, fars-türk olsa yaxşıdır,
Tək İrana nəfəs qatsa yaxşıdır,
Tanrılaşır sınıq ürək yamayan.
Sərtüz qaldı, rahatlandı Parsada,
Yazı gərək uça, çata yerinə.
Bu yazılar tanrı sözü, öyüdü,
Yazı gərək uça, çata yerinə.
Tus:
– Deynən, Hində doğulmuşam, gəlmişəm,
Suböləndə sağalmışam, gəlmişəm,
Sonda bura yığılmışam, gəlmişəm,
Yazı gərək uça, çata yerinə.
Deynən, mən heç Türk dilini bilmirəm,
Türklə, nuğla heç üz-üzə gəlmirəm,
Adamları el, elata bölmürəm,
Yazı gərək uça, çata yerinə.
Sərtüz dedi: – Niyə belə deyirsən?
Acıqansan bu dünyayla məgər sən?
Belə olsa qoy Turana dönüm mən,
Yazı gərək uça, çata yerinə.
– Öldürərlər səni, “türkdür” deyərlər,
“Türkəm” desən səni tez-tez döyərlər,
“Farsam” desən tez-tez səni öyərlər,
Yazı gərək uça, çata yerinə.
Sərtüz Tusun məqsədini anladı,
Hərdən-birdən başbaşını danladı,
Gedib hərdən Turpar şahı yanladı,
Yazı gərək uça, çata yerinə.
Tus Sərtüzə yağlı sözlər söylədi,
Pişikgözü ona qorunc eylədi,
Yazmalarda ona uğur dilədi,
Sərtüz bildi, bunlar yeni hiylədi,
Yazı gərək uça, çata yerinə.
Odur, Sərtüz oturmadı Parsada,
Uzaqlara səfər etdi arada,
Gecə, gündüz, tənha, atlı, piyada,
Yazı gərək uça, çata yerinə.
Tanrı dedi, Sərtüz, Tusdan ayıq ol,
Təriflərə, təkliflərə soyuq ol,
Çöldə atlı olsan, suda qayıq ol,
Yazı gərək uça, çata yerinə.
Yazı dilin nə Tus nə fars dilidir,
Tanrı dili türk, muğ, oğuz dilidi,
Döyüşlərdə bu dil toppuz dilidir,
Yazı gərək uça, çata yerinə.
Sərtüz:
– Gözdən qoymur məni zalım Pişikgöz,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
Döyüşlərdə bu dil toppuz dilidir,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
Tusər deyir, mən Tusərəm, Tus deyil,
Tus ölübdür, çox-çox qabaq, əlli il,
Tus olammaz hər avara, hər səfil,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
– Mən gəlmişəm bu işləri arayam,
Elin tanrı işlərinə yarayam,
Din yolunda qatışıqı darayam,
Sağalmayan yaraları sarıyam,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
Yeni tanrı gətirmişəm, yeni din,
Yox olacaq yer üzündən qəzəb, kin,
Üztut olsun, tanrım, dünya səninçin,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
Dinlə boş-boş arzu, xəyal gedəcək,
Bər-bəzəkli yazı, misal gedəcək,
Dində ağsaq, çolaq, topal gedəcək,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
Mənə güc ver tanrım, qoçaq olum mən,
Hərdən-birdən sənə qonaq olum mən,
Yer üzündə saysız ocaq olum mən,
Yaralara dərman, dolaq olum mən,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
Məni burda pisləyən var, qovan var,
Hələ şərdən bərk yapışan avam var,
Çox halala qarşı duran haram var,
Buna qarşı məndə dönməz xitam var,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
Varsan, yenə yaradıram mən səni,
Yaratmısan bu iş üçün sən məni,
Yaratmısan odu, suyu, çəməni,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
Icazə ver mən yollanım Babilə,
Yazdığımı mən çevirim çox dilə,
Yerləşdirim hər elata, hər elə,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
Babam Sərtüz, yazdı, yaynıq etmədi,
Ocaq, dua sorağına getmədi,
Çox söz əkdi, tək-tək sözü bitmədi,
Yazmaq yersiz nə var pozmaq deməkdir.
Mən Sərtüzəm, göndərişəm səmadan,
Iki dəfə doğulmuşam anadan,
Bəlkə tanrı oldum mən də sonradan,
Kömək elə özün məni yaradan,
Haçasaqqal çox izlədi Sərtüzü,
Qadağalar güclü edir adamı.
O izlədi, bu da qaçaq dolandı,
Qadağalar güclü edir adamı.
Gəlib Turqdan Sərtüz imdad istədi,
Yazmaq üçün xəlvət həyat istədi,
Görüşlərdə qurban, sovqat istədi,
Qadağalar güclü edir adamı.
– Evlən,-dedi-Turq-qoy başın qarışsın,
Yerdə qoşa ulduzlarız barışsın,
Bu acılar səndən tamam sovuşsun,
Qadağalar güclü edir adamı.
Bir də bilki sən özün də tanrısan,
Tanrılartək sən də təmiz arısan,
Onlar ayrı, sən onlardan ayrısan,
Qadağalar güclü edir adamı.
Ahur yoxdur, ancaq üzdə var adı,
Sən Ahura verdin yeni həyatı,
Sən doğusan tanrılıqda, o, batı,
Dünya nədir, həm doğudur, həm batı,
Qadağalar güclü edir adamı.
Turq Sərtüzlə yenə gəldi Başevə,
Şagird gərək ustasından zor ola.
– Mən Sərtüzün şagirdiyəm Turq-dedi,
Şagird gərək ustasından zor ola.
Sərtüz dedi: – Həm şagirdsən, həm usta,
Yarıtanrı bir ustasan bu yaşda,
Ölsəm, sənə çatacaqdır “Avesta”,
Şagird gərək ustasından zor ola.
Dedi: – Turqər bilir yazı sirrimi,
Təkcə odur bilən mənim yerimi,
O istəyir, gəzir mənim xeyrimi,
Ölsəm, Turan qazsın mənim görumu,
Şagird gərək ustasından zor ola.
Bəzən məni anlamıllar, küsürəm,
Acığımdan yolu, çölü gəzirəm,
Tək qalmaqdan, tənhalıqdan bezirəm,
Bu əzaba Turqa görə dözürəm,
Şagird gərək ustasından zor ola.
Dua, üztut eli bizə bağlayır,
O dualar bizi diri saxlayır,
Pislər üzdə gülür, içdən ağlayır,
Şagird gərək ustasından zor ola.
Küsüşmələr, küsmək qalsın bir yana,
Xeyir-dua gəlsin doğma Turana,
Sən inansan, hamı sənə inanar,
Şagird gərək ustasından zor ola.
Ağüz gəldi, öpdü onun əlindən,
Batdı Sərtüz göz yaşının gölündə,
Bir neçə söz eşidildi dilindən,
Şagird gərək ustasından zor ola.
Dedi: – Türkəm, Turanlıyam, Muğam mən,
Bu torpağa göndərişəm, sağam mən,
Bura vətən, vətənimə tağam mən,
Məni gəzin, meyvə dolu bağam mən,
Şagird gərək ustasından zor ola.
Harda ölsəm, məni burda basdırın,
Bu torpaqda sonevimi qazdırın,
Qancılları burdan qovun, azdırın,
“Avestamı” qızıl pulda yazdırın,
Şagird gərək ustasından zor ola.
Ya da mənim sonevimi itirin,
Qazın, məni sonevimdən götürün,
Məni böyük yaradana yetirin,
Şagird gərək ustasından zor ola.
Ağsaqqalım-oğlum olsun Turq ata,
O qaytara bilər məni həyata,
Tək yazıma, harayıma o çatar,
Şagird gərək ustasından zor ola.
Başev susdu, sanki batdı kədərə,
Dönüb baxdı hamı böyük Turqərə,
Dua etdi ona-buna min kərə,
Şagird gərək ustasından zor ola.
Turqla Sərtüz gəzdi neçə ölkəni,
Niyə yaşam çətin, ölmək asandır?
Hara getdi, “oddan qorxuram” dedi
Niyə yaşam çətin, ölmək asandır?
Yaranmışam oddan, oddan qorxuram,
Oda niyə düşmən kimi baxıram,
Onun üstə yağış olub yağıram,
Niyə yaşam çətin, ölmək asandır?
Mən od-ocaq Sərtüzüyəm, kahinəm,
Bu dünyaya təzə gələn bir dinəm,
Axır odda yanacağam, əminəm,
Niyə yaşam çətin, ölmək asandır?
Od tanrısı, niyə oddan qorxuram,
Yaxşı baxsan ölümüdür su odun.
Sevgililər, bacı-qardaş olanlar,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Yuxu gördüm, göydən quşlar endilər,
Oda düşüb, yanıb, oda döndülər,
“Yandım” deyib külləşdilər, söndülər,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Yandırırlar ölüləri Hindlilər,
Toyda odla oynayırlar kəndlilər,
Onlar oda, suya, yerə bənddilər,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Danış görüm, oddan qalan daş kömür,
Hamı niyə oddan qorxur, baş əyir,
Hamı niyə oda qoyun, at kəsir,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Hamı qorxur, qorxu vardır hamıda,
Onun üçün hamı qorxur tanrıdan,
Hamı qorxur öz günahı sarıdan,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Aman, ocaq, yandır pisin damını,
Aman, ocaq, isit, yaşat hamını,
Aman, tanrı, yandır evin şamını,
Yaxşı baxsan gəlinidir su odun,
Tərsə baxsan ölüsüdür od suyun.
Turqər getdi Sərtüz ilə Muğelə,
Çəkir səni təməl daşın özünə.
– Nə dağınıq, nə gözəldir vətənim,
Çəkir səni təməl daşın özünə.
Hamı gəlib tamaşaya durdular,
Axşam olcaq od bayramı qurdular,
Oynadılar, özlərini yordular,
Çəkir səni təməl daşın özünə.
Turq:
– Ey yenilməz, qoçaq, güclü Mindəbir,
Burda hər şey gülməlidir, tərsədir,
Gül kolları burda hörmə-hörmədir,
Yollar dolu peyin, təzək, gərmədir,
Çəkir səni təməl daşın özünə.
Sərtüz:
– Buradadır, dədəm, babam, əcdadım,
Muğel, sənsiz keçib mənim həyatım,
Yoluq olub sənsiz qolum, qanadım,
Çəkir səni təməl daşın özünə.
Doğulmuşam Subölündə anadan,
Anam mənə çox danışıb buradan,
Tək sayıldım elə əzəl binadan,
Yetim qaldım uşaqlıqda anadan,
Çəkir səni təməl daşın özünə.
Mindəbiri qocaltmışdı ağır iş,
Yaxşı işlə, işdən adam qocalmaz.
Yoxdur rəsmi oturumu, Başevi,
Yaxşı işlə, işdən adam qocalmaz.
Sərtüz:
– Parsayerdə türklər farsdan çoxdular,
Başçıları, işçiləri muğdular,
Oturumda, başçılıqda sıxdılar,
Işdə muğlar farslardan da çoxdular,
Yaxşı işlə, işdən adam qocalmaz.
Parsa Başev, Parsel İran olubdur,
Muğ tərəzi, Farssa batman olubdur,
Balasq yandan İran talan olubdur,
Yaxşı işlə, işdən adam qocalmaz.
Başev muğdan alır fərman, gösdəriş,
Muğdur burda işdə-gücdə tərpəniş,
Asılıdır muğdan sanki hər bir iş,
Yaxşı işlə, işdən adam qocalmaz.
Ahur sizə yardım olar, çağırsaz,
O burdadır, burda yağış yağırsa,
O burdadır, qoyun, inək doğursa,
Yaxşı işlə, işdən adam qocalmaz.
Qurban kəsin, tez-tez dua oxuyun,
Üç yol döğar onda inək, mal, qoyun,
Sözdən yazı, yundan paltar toxuyun,
Yaxşı işlə, işdən adam qocalmaz.
Böyük ocaq evi tikin Muğeldə,
Siz “Odinam” olmusunuz əzəldən,
Od bayramı üç yol olur bir ildə,
Yaxşı işlə, işdən adam qocalmaz.
Sərtüz tez-tez tanrılıqdan danışır,
Yazan gedir, əl yazması yaşayır.
Yazıları iki ata yük olub,
Yazan gedir, əlyazması yaşayır.
Sərtüz Muğdan gəlmə-dönmə Türk idi,
Qaralama yazıları çirk idi,
Belə yazar Turan boyu tək idi,
Hərflər xırda, muncuqsayaq tük idi,
Yazan gedir, əlyazması yaşayır.
Sərtüz çıxdı səfərlərə arada,
Yazıları qaldı Tusda, Parsada,
Az qaldı ki, it-bat olsun burada,
Yazan gedir, əlyazması yaşayır.
Yazıları Tus oxuya bilmirdi,
Fars dilinə onlar uyğun gəlmirdi,
Çox yazını heç oxumaq olmurdu,
Yazan gedir, əlyazması yaşayır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-sertuz-soylenci-2
Use ← → keys to move, R for a random poem
More by this author
Parsdiyara gəldi güləş bayramı,Kim güclüdür ən gözəl qız onundur.
Turpar şah söylənciTurpar şaha İran bütün baş əydi,Çox ayıq ol çətin işdən yapışsan.
Həbəş, Misir söylənciUruyerin səsləncləri gurladı,İnam gücdür, ancaq o da azalır.
Deyişmə söylənciOn gün qaldı Uruyerdə Turq ata,Iki başev ikiləşmə deməkdir.