Tusər yeni böhtan atdı Turpara,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.Dedi, Turpar Seta ilə sevişib,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Sona gəldi, söydü, döydü Setanı,Doğru sandı cavan ana böhtanı,Bu, pis günə qoydu Besyar ananı,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Turpar şahı alışdırdı bu böhtan,Kar vermədi yal-yalvarış, and-aman,Pişikgözlə Tus çıxmışdı aradan,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Bir gün Turpar zəhərləndi yeməkdən,Kimsə ona zəhər verdi xörəkdə,Oğlu hələ çıxmamışdı bələkdən,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Qusa-qusa şah əridi, çöp oldu,Barmaqları, damarları sap oldu,Ağzı, gözü qanla dolu qab oldu,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Qırx gün döş-baş, ağız, yanaq söküldü,Göz yaşları bulaq-bulaq töküldü,Sonda hamı öz yerinə çəkildi,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Tus söylədi: – Sona, otur yerində,Şahlıq yeri çatır sənə ərindən,Biz qurtaraq bəlkə qancıl şərindən,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Sona dedi: – Mən şah ollam, sən getsən,Öz öcündə, qəzəbində sən itsən,Acığını öz içində kiritsən,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Təkcə Besyar qalmalıdır mənimlə,Pişikgöz də getməlidir səninlə,

Əlbir olar burda ana gəlinlə,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Besyar dedi: – Mən dönürəm Turana,Ana ollam mən öz nəvəm-oğlana,Son qoyaram, sonsuz yalan, böhtana,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Böyüdərəm, nəvəm çatar şahlığa,Iran, Turan bir gün yetər şadlığa,Şah bazarda ta qoyulmaz satdığa,Dadsız, rəngsiz, iysiz, zəhər böhtandır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets