Page 1 of 3

Qədim vaxtlarda Muğanda iki elat olurdu. Elatın birinin qoyun sürüləri ağ, o birininki isə qara idi. Qoyun sürüləri ağ olana “Ağqoyunlu” qoyun sürüləri, qara olana “Qaraqoyunlu” deyirdilər. Hər iki elatın qoyun sürülərindən başqa, yalmanlı at ilxıları, buynuzlu mal-qaraları, əyriboyun dəvələri var idi. Hər iki elat öz sərhədinə çox çətin sığışırdı. Payızda-qışda aranda, yazda-yayda yaylaqda otlaq üstündə həmişə savaş gedirdi. Birdən o tərəf o tərəfdən, bu tərəf də bu tərəfdən öz çuxalarını çıxarıb sol qoluna dolayıb, bəlgə düzəldir, adamlar qızışır, qol-qılça sınır, baş-göz dağılırdı. Gah bu onun, gah da o bunun otlaq sərhədini tuturdu. Arada ədavət artır, düşmənçilik güclənirdi... Canı cəzana gələn hər iki tərəfin başbilən ağsaqqalları bir gün Muğanda arada olan sərhəd təpə üstünə toplaşdılar. Məsləhət-məşvərətdən sonra belə qərara gəldilər ki, daha dava-dalaş olmasın, arada qan qohumluğu başlasın, bir-birinə yapışıqlıq-qonşuluq yaransın. Bu tayfa, o tayfa sözü bilmərrə götürülsün, tayfalar bir-birinə qız versin, qız alsın. Belə də oldu. Daha sərhəd dava-şavası düşmədi, otlaq üstündə heç bir çəkişmə-didişmə getmədi. Elatların oğlan-qızları bir-birinə qarışdı. Oğlan-qız toyunda, el bayramlarında zurnanın cingiltisi, nağaranın gumbultusu, sazın-sözün sədası sümüklərə düşdü. Cavanlar ağ-qara çuxada əl-ələ tutuşub yallı getdilər... Cavanları belə görən bığıburma kişilər, kəlağayılı qadınlar, bunlardan sonra qocalar, qarılar cərgələndilər, barmaq barmağa keçirib yallı getdilər. Babanın birisi o tərəfdən, birisi bu tərəfdən gülə-gülə üz-üzə, göz-gözə baxdılar. Qohumların yallıları bir-birinə qarışdı.

Günlərin bir günü Ağqoyunlu elatının qızı ilə Qaraqoyunlu elatının oğlu Ağgöllə Qaragöl arasında başlanan el şənliyində görüşüb, bir-birini sevməyə, yavaş-yavaş dillənib danışmağa başladılar:

– Qız, adın nədir?

– Bəs sənin adın, oğlan?

– Mənim adım Xançoban!

– Mənim də adım Sara!

– Gəl sevişək, qəşəng qız!

– Buyy, nə tezcənə, Xançoban?!

– Niyə tezcənə? Sən yetkin qız, mən də ərgən oğlan!

– Qoy hələ bir-birimizi yaxşı-yaxşı görək, yaxşı-yaxşı bilək, yaxşı-yaxşı sınayaq.

O gündən Xançoban bir könüldən min könülə Saranı sevdiyi kimi, Sara da Xançobanı sevməyə başladı. Gündən-günə eşq-məhəbbət sevdası özünə aydın yol açdı. Sara Xançobanın tütək səsini alınca, heyran-heyran o səmtə boylandı, cana yayılan, ürəyə işləyən çoban neyinə bənd oldu. Xançobanın ecazkar neyi Saranın iliyinə, sümüyünə işlədi... Elə oldu ki, sübh tezdən bu ney sədasına Sara ulu babasından yadigar qalan sədəfli sazını götürdü, qabarmağa başlayan sinəsinə basdı, öz-özünə saz çalıb söz qoşdu. Xançoban özünün tütəyinə ara verib, Saranın sazına-sözünə qulaq asmağa başladı. Cavanlar bir-biri ilə uzaqdan-uzağa nəğmə dili ilə danışdılar. Qohumlaşan tərəflərdən heç birisi bu sevginin qabağını almaq istəmədi, dedilər qoy Xançobanla Saranın sevgisi Əsli-Kərəm, Leyli-Məcnun, Tahir-Zöhrə sevgisi olsun, heç kəs bu sevginin qabağına çıxmasın, bu arada heç bir müsibət baş verməsin. Qoy ağqoyunlularla qaraqoyunlular daha möhkəm birləşsinlər, qaynayıb-qovuşsunlar. Deyirlər eşqin gözü qızdımı baş alıb gedəcəkdir, sevginin qoruq-qaytağı olmayacaqdır. Doğrudan da, Xançobanla Sara sevgisinin heç bir qoruq-qaytağı olmadı. Hər iki tərəfin ata-anası, baba-nənəsi, qaraqoyunluların və ağqoyunluların adətincə Ağgöllə Qaragöl arasında olan çiçəkli çəməndə el süfrəsi açıb, bu birliyə qol qoydular. Payızına dönən başı Muğanda məhsul bolluğunda hər iki tərəf ellikcə Xançobanla Saranın toyunu edəcəklərinə əhdi-peyman bağladılar. Sevgililər bir-birinə daha möhkəm bağlandılar. Bir-birindən bircə gün də olsa ayrı dura bilmədilər.

Bir gün qoyun sürüsünü yuxarı güneyə verən Xançoban öz neyini dayandırıb, əyin-başını çıxartdı, özünü bu elat tərəfində hesab olunan Qaragölə atdı. Üzdü, üzdü, öz üzgüçülüyünü Saraya sübut etdi. Sanki Xançoban eşq-məhəbbət macərasında üzürdü. Sara öz köynəkli sazına söykənib bu üzgüyə tamaşa etdi. Ta uşaqlığından başlayıb ensiz çaylarda, göllərdə üzüb, üzgüçülük öyrənən Xançoban indi də boylana-boylana Qaragöl dəryasında üzürdü.

Günlərin bir günü ağqoyunluların Ağgöllər güneyinə sürüsünü sürən Xançobanın ney səsini eşidən Sara geyinib-keçindi, özünə tumar verdi, anasının icazəsilə ağ alaçıqdan çıxdı, gedə-gedə gümüş kəməri ilə öz incə belini boğub daha da incələşdirirdi. Xançoban gözü dolusu qızı süzüb sözə başladı:

– Gəldinmi, Sara?

– Düzü, sənsiz dura bilmirəm, Xançoban!

– Mən də sənsiz dayana bilmirəm, Sara!

– Bircə bu toyumuz tezcə olaydı.

– Arana enməyimizə, Muğana çatmağımıza az qalıbdır, Sara!

– Nə qədər qalıbdır, Xançoban?

– Cəmi-cümlətanı iki ay.

– İki ay məndən ötrü iki ildir, Xançoban.

– Məndən də ötrü iki ildir, bəlkə də üç ildir! Elə bil ki, hər günüm bir ildir!

– Elə bu yaylaqda toyumuz ola bilməzmi, Xançoban?

– Böyüklərimiz Muğan düzünə şərtləşiblər, Sara!

– Bəlkə, sən qoyun sürünü qaytarasan Muğana, Xançoban?

– Deyirlər elatla birlikdə!

– Bəlkə, hər iki elat sənin sürünün ardınca arana sallandı?

– Yox, elatın adəti, Muğana qayıtmağın vaxtı-vədəsi vardır.

– Haçan, nə zaman?

– Quyruq doğanda, Sara!

– Quyruq haçan doğacaqdır?

– Gecələri dəvələr üzü arana yatanda!

Dəvələrin dili olsaydı onlara yalvarardıq, üzlərini arana – Muğana döndərərdik!

Bu söhbətdən sonra Xançoban ney çalmağa, Sara da sazını köynəkdən çıxarıb asta-asta dindirməyə başladı. Ara verdilər, aşiq məşudəsinə, məşuqə də aşiqinə həsrətlə baxdı.

– Mən də bu ağ göldə üzə bilərəm, Xançoban!

– Necə üzərsən, Sara?

– Xançoban Qaragöldə üzən kimi.

– Qərq olmazsanmı, Sara?

– Sənin gözünün qabağında qərq olmaram!

– Mən özümü gölə atıb səni qurtarınca gec olmazmı!

– Gec olarsa, cənazəmi çıxararsan!

– Onda mən öz başımı itirib dəli olaram.

– Mən indicə öz sazımı sənə yadigar verərəm!

– Nəyə görə belə tələsik, Sara?

– Mən olmazsam da bu saz mənim ürəyimi sənə danışar, Xançoban!

– Sən belə bəduğur söz danışma, Sara!

– Həqiqi aşiq-məşuq dastanı həmişə nakam məhəbbətlə başa gəlir.

– Biz isə uzaqda yox, məhəbbətin, eşqin astanasındayıq, Sara!

– Ancaq məhəbbətin, eşqin astanasında, Xançoban!

– Astanada dayanan tək bircə addımla içəriyə də girə bilər!

– Görək bu bir addımlıq astanada tale bizə nə deyir?

Hansı hissinə görəsə, Sara sazını allı-güllü köynəyinə qaytarıb yaşıl qaytanla bağladı.

– Mən bu sazı elə bu an bizim Xançobana yadigar verirəm!

– Demək, Xançoban çobanlıqdan çıxıb aşiqliyə başlamalıdır!

– Qoy mənim sazım sənə əbədi yadigar olsun, Xançoban!

– Nə üçün belə uğursuz danışırsan, Sara?

– Mən ürəyimin gizli çırpıntılarını sənə açıram, Xançoban!

Sara əlini sinəsinə gətirib geyimini tərpədincə, qızın toxunulmaz ağ mərmər sinəsi göründü. Xançobanın ağlı başından oynadı, birdən əlini atıb Saranın sazını götürdü, bağrına basdı. Sara üst paltarını çıxarib, alt nazik geyimində gümüş kimi ağaran Ağgölə girdi. Xançoban da Saradan sonra soyunub Ağgölə girmək istədi, göldə üzən Sara əlini qaldırıb gülə-gülə “yox, yox!” işarəsini verdi. Xançoban müti olub dayandı. Saraya zəndlə, diqqətlə baxdı. Sara Xançobanın acgöz-acgöz baxdığını görüb alovlandı, hələ də qıraqlarında qar kəməri qalan buzlu gölü vecinə almadan üzdü... Sara əl-qol ata-ata, hərlənə-hərlənə, firlana-fırlana üzdü, açılıb sökülən qumral hörüklərini Ağgöldə səpələyə-səpələyə üzdü, üzdü. Ətrafdakı çiçəklik içindən göyə qalxan quşlar da ləpələr üstündə qanad çala-çala dünya gözəlinə nəğmə dedi. Xançoban Saranın sazını köynəyindən çıxarıb, quşların cəh-cəhinə uyğun aram-aram sarı simləri dindirdi... Birdən sazı köynəyinə keçirib, xınalı qayaya söykəndi... Yenə də öz tütəyini götürdü, gölün ləpələrini də, ətraf güneyləri də ney səsi ağuşuna aldı. Qoyun sürüsü mələşə-mələşə geriyə qayıtdı. Sara qara qoyun sürüsünə baxınca, onun ala gözləri qaraldı. Bilmədi bulud günün qabağını kəsdi, ya necə oldu?! Tezcə başını buzlu suya vurdu, xeyli görünməz oldu. Xançoban soyunub özünü Ağgölə atmaq istədi, Saranın qəşəng başı Ağgölün ortasından qalxdı, ağ sinəsi o yandan bəriyə bərq vurdu. Sara güldü, güldü, onun gülüşü Ağgölü doldurdu...

Belə-belə Sara gözdən yayınıb tək-tənha göldə üzməyə alışdı. Bir gün uzaq çayda üzüaşağı, üzüyuxarı üzməyə başladı. Səs ağızdan-ağıza düşüb dildən-dilə yayıldı. Saranın üzgüçülüyünə heç bir söz olmadı.

“Qız idim, soltan idim, nişanlandım, xan oldum!” – deyə Sara öz şıltaqlığından – üzməyindən qalmadı. Belə olunca Xançobanın nigarançılığı da, qısqanclığı da artdı. Eyni zamanda onun sevgisi də Arpa çayından güclü olub, aşıb-daşdı. Elə bu zaman yuxarı dağlarda ildırım dalınca ildırım çaxdı, dağların seli selə qarışdı. Arpa çayı həddini aşıbdaşdı, dağlardan güclənə-güclənə gələn sel Saranı alıb qaçdı... Xəbər Xançobana çatdı. O, əlindəki tütəyini Qaragölə atıb, Saranın yadigarı güllü köynək sazı götürdü, özünü Arpaçaya çatdırdı. Gördü ki, Arpaçayının o tay-bu tayı adamla doludu. Hətta qızın xilası üçün özünü selə atan da olub, ancaq nə edəsən ki, sel Saranı alıb qaçıb. İndi adamların dilində yalnız bu hüznlə nəğmə səslənməkdədir:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məhtaban 7

Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...

10 min
Məhtaban 8

Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.

8 min
Məhtaban 9

Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:

6 min
Məhtaban 10

Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:

6 min

Poems by other poets