Dostum Rəşidə

Gəl öz köhnə dostunun sözlərini eşit sən,Sən bu şair gözümdə adın kimi rəşidsən!Ölkələr dolaşmısan ürək mahnılarınla,Sülhsevər insanlara gərək mahnılarınla.Səni pərvazlandırıb elindəki gözəllik,Milyonlarla dil tapıb dilindəki gözəllik.Vətəninin pozulmaz hər rəngi var səsində,Millətinin vüqarlı ahəngi var səsində.Mükafatın hər yerdə adına hörmət olub,Səsini dinləyənlər bir səslə can deyiblər.İlhamının mayası məhəbbətdən yoğrulub,Əcəb bülbül yetirib Azərbaycan, deyiblər.Bu uğurlu yollarda sərvətin mahnılardır,Adın, sanın, şöhrətin əbədi mahnılardır.Salonları seyr edib günəşli gözlərinlə –Ürəkləri açırsan açarlı sözlərinlə.Tərcüməsiz hər sözün könüllərə tapır yol,Alqışlar ünvanına yağır yağıştək: – Sağ ol!Bugünkü təntənəndə səni sevən dostlaraSonsuz könül varından de, gözünə döndüyüm!Əziz dostum, sən hara, söylə, yoruldum hara?!Gözəl mahnılarından de, gözünə döndüyüm!Gəl, dostum, gəl bir daha sözlərimi eşit sən –Sən bu şair gözündə adın kimi rəşidsən!

8 dekabr 1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland