Lənkərandayıq, Lənkərandayıq,Həyəcandayıq, həyəcandayıq.Moskvadandır qonaqlarımız,Mahnılar deyir dodaqlarımız.Yaşıl don geyib Talış dağları,Min rəngə çalır meyvə bağları.Sağımız çiçək, solumuz çiçək,Sahil boyunca yolumuz çiçək.Köhnə dost kimi ilk bahar yenə“Çiçək dər” deyə, göz vurur mənə.Gülür o körpə həvəsli bahar,Ətirdən də xoş nəfəsli bahar.Əlində lalə bahar rəqs edir,Bahardan gözəl Xumar rəqs edir.Belədir bizim vətən qızları,Həyatı parlaq yer ulduzları!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring