Xəzərimin, bilirəm, həm qışı, həm yazı var.Sinəsində səslənən günəş telli sazı var.Bəzən dönür quzuya, bəzən köpürüb daşır,Onun ad canlılartək düyünü var, yası var.Xəzəri duya bilməz, Xəzəri sevə bilməzKimin ki ürəyində məhəbbətin pası var.O mənim qəlbimdədir,Mən onun qəlbindəyəm.Bizim bu eşqimizdən razı var, narazı var.Mirvarili sahilin mahnılar kitabındaXəzərimin əbədi, pozulmaz imzası var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets