Yeriniz olmayacaq
Dostlar! Axır zamanlar məni yaman dərd alıb,Nədənsə bir sualım yenə cavabsız qalıb.Doğru yoldan azanlar,Tartan-partan yazanlarBizi başa düşmürsən, bizi sevmirsən deyəAz qalıb millətimi çəksinlər “məhkəməyə”.Şairlər, filosoflar yetirən millətiməDünyaya füzulilər gətirən millətimə“Səviyyədən kasıbdır” deyib dodaq büzən var,Çirkabın, nadanlığın lehməsində üzən var.Təəccüblü budur ki, tapdayıb həqiqəti,Ya açıq, ya xəlvətiOnları əzizləyib oxşayanlar tapılır,Onların özlərinə oxşayanlar tapılır.Bu bədbəxtlər beş-altı havadar tapsalar da,Ürəklərin qapısı bağlıdır üzlərinə.Qışda deyib gülürlər, ağlayırlar baharda,Afərinlər deyirlər özləri özlərinə,Ey millətdən, vətəndən üz döndərənlər, yetər,Yetər yamaq oldunuz bu göyçək dünyamıza.Sizi başa düşənlər, sizi candan sevənlərDeyin hansı əsrdə gələcək dünyamıza?Yox, yox, heç bir əsrdə yeriniz olmayacaq,Millətimə xoş gələn şeriniz olmayacaq.Minib qarğıdan ata, atlını ötmək olmaz,Bu aydın həqiqəti ört-basdır etmək olmaz!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-yeriniz-olmayacaq
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə canlandı əski xatirələr,Yenə gördüm önümdə sevgilimi.
Yadıma düşdüXatirat dəftərim durur qarşımda,Dolaşır bir ölməz sevda başımda.
O sənin ürəyindirİllərcə bu köksümdə solmayan bir çiçək var,O sənin çiçəyindir, o sənin çiçəyindirl
Piyalə şəklindəGələndə məclisə mey əldə lalə şəklində,Nigarım aytək olur, mənsə halə şəklində.
Poems by other poets · Homeland
Dost-həmdəmim yetən kimi vətənə,Gör bir gözləyirmi yolum yar mənim?
O göylərin altındaO göylərin altında səni tərk edən zaman,Tələsik addımlarla mən çıxanda otaqdan,
Çalma, qaboyHeç vaxt boyanmamış qanaQarabağ bugünkü kimi.
SonraMən sənin haqda nə duydumsa, ürəkdən yazdım,Ruhunu, varlığını hiss edərəkdən yazdım!