Ananın səsi
Mədəniyyət sarayında hamı sülhə qol çəkir,Ağ günlərə, səadətə, ürəyində yol çəkir.Budur qalxmış tribunaya gümüş saçlı bir qarı,Qəzəbindən yığılmışdır alnındakı qırışları.Ağ birçəkli bir anaya dikdi salon gözünü,O dərin bir köks ötürüb belə dedi sözünü:Mən anayam! Bu zillətin hamısını görmüşəm!Neçə ana ürəyini əritmişdir bax bu qəm.Nişan günü cəbhələrə yola düşdü övladım,Ürəyimdə qaldı mənim şirin arzu, muradım.İndi artıq onun isti nəfəsini duymuram.Övladımın zəhmətinin bəhrəsini duymuram.O, cavan bir mühəndisdi, yaratmaqdı əməli,Əlləriylə qoyulmuşdur çox evlərin təməli.Gördüyünüz bu saray da zəhmətinin barıdır,Bir mühəndis ürəyinin doğma arzularıdır.Hər daşında, torpağında əməyinin izi var,Övladımdan Vətənimə bu qalmışdır yadigar.
Bu gün onun əlləriylə ucalmış bu binadan,İstiqbala, səadətə alqış deyir min insan.Mənim ana qəlbimdə də qəzəb alovlanaraq,Bu sarayı övladımın öz ocağı sanaraq,Bir müqəddəs əməl kimi keşik çəkib mən ona,Bombalardan qorumaqçın torpağını, daşınıMilyon ana bir də həsrət qalmamaqçın oğluna,Bir mübariz bayraq edib ürəyimin başını.Hərb sözünə nifrət edib, alqış deyib sülhə mən,Milyonların arzusuna qol çəkirəm ürəkdən.
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-ananin-sesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Bir yerdə savaş qopsa da,Bir yerdə barışdı.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
ÇəkirlərBir yandan pristav, bir yandan koxa,Biçarə rəiyyəti dara çəkirlər.