Əsgər anası...
Ay əsgər anası, gözlərin aydın!Şad xəbər qapını döyməyə gəlib.Əsgər paltarında gedən övladınBəylik paltarını geyməyə gəlib.
Bir yüngül qədəmli gəlin soraqla,Qaynana olmalı çağındır sənin.O, top-tüfənglə yox, çəkic-oraqlaUcaltsın başını ana Vətənin.
Baxıb övladına sən də cavanlaş,Başına yığılsın nəvə-nəticə.Nə qəlbində həsrət, nə gözündə yaş,Sakitcə arxayın yuxla hər gecə.
Ömrünə, gününə şirinlik qatıb,Yüz sevinc, yüz şadlıq borcu var hələ.Əsgəri borcunu verib, qayıdıb,Qabaqda övladlıq borcu var hələ.
Vüqarı dağlarla olsun tən onun,Buğda xaralları qalansın çin-çin.Barıt iyi gələn əlindən onunBu gün çörək ətri, gül iyi gəlsin.
Bağrı tuş olmasın qəfil mərmiyə,Dağların bağrını mərmiylə yarsın.Səngərlər qazmasın qorunum deyə,O, qazıb torpağı mədən axtarsın.
Avna ürəyində gəzir xoş dilək;“Hərb deyib, döşünə döyən olmasın.Sonuncu əsgər də gəlsin balantək,Əsgər anasıyam deyən olmasın.
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-esger-anasi
Use ← → keys to move, R for a random poem
More by this author
Həkimlər qadağan edib yazmağı,Dəyirman daşı tək hərlənir başım.
Ay keçmiş cəbhəçiBir cəbhəçi dostuma*Bilirəm, köksüylə cəbhələr yaran
Gərək elə yanım...Deyirsən, hissini bir az cilovla,Bir az mülayim ol, hələ uşaqsan.
Türk müğənnisi Sevda AydanaBir cüt qara göz görmüşəm,Zülmətdən qara.
Poems by other poets
Didilər bu əcəb insan mudur ki,Ya adəm ṣurətində can mudur ki
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Qlasnı seçkisini qoydu dum müzakirəyəQlasnı seçkisini qoydu dum müzakirəyə,Çatır sezon ki, yenə əlbəəl gəzə rüşvət.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm