Ərik ağacı
Atamın əziz xatirəsinə
Hər cür ağac vardı bizim həyətdə,Bu ağac bir bağın yaraşığıydı.Tayı bərabəri yox idi kənddə,Əriklər elə bil ay işığıydı.
Camaat gələrdi tamaşasına,Ondan ətək-ətək meyvə dərərdi.Atam ən istəkli dost-aşnasınaYayda səbət-səbət pay göndərərdi.
Yenə qurtarmazdı bəhəri, barı,Əziz xəlif idi səxavətiylə.Yerdə adamları, göydə quşlarıHər yay doydururdu öz nemətiylə.
Kölgəsi tutmuşdu evi, eyvanı.Yamyaşıl pərdəydi pəncərələrə.Barlı ağacların mahir bağbanıAtamın əliylə sancılmış yerə.
Deyərdi: – Kamına çatıb, qovuşubÖmrüm bu əriyin ilk nübarıyla,Cavanlıq günlərim bir-bir sovuşubHər payız tökülən yarpaqlarıyla.
Onun qulluğunda durub il boyu,Nazını çəkmişəm öz övladım tək.Əzəldən əhdim var, –Oğlumun toyuBu ağac altında çalınsın gərək.
Başına dolanıb əlində qayçı,Kəsib seyrəldərdi ilk bahar çağı.Bir qız qamətiydi, bir gəlin saçıOnun sığal görən qolu, budağı.
Bir beşik asmışdı iri şaxından.(O günlər mənimçün qədimdən qədim).Həmin o beşikdə yatdım bir zaman,Ana laylasını orda dinlədim.
Yastığım, yorğanım yaşıl yarpaqlar,Əriyin xoş ətri yuxu dərmanımÜstümə sallandı yumru çıraqlar,Qorxdum ki, onları qoparıb yanım.
Özləri beşiyə dolardı bir-bir,Yayda süd yerinə ərik yeyərdim.Yuxuda görərdim ağac yeriyir,Ulduzlar başıma qonur deyərdim.
Mən də yorğanıma bürünüb bərk-bərk,Yellənib üzərdim nur dənizində.Bəzən yaddan çıxıb gecə sübhədəkAsılıb qalardım göyün üzündə.
Duranda bəxtimə ərik çıxardı,Şirin həqiqətə dönərdi xəyal.Quşlar da payıma şərik çıxardı.Sapsarı əriklər olardı xal-xal...
Yuxu da, nağıl da köçdü beşikdən,Dəyişdi gözümdə bu həyət-baca.Bir gün körpəliyim düşdü beşikdən,Dəcəl uşaqlığım çıxdı ağaca.
Quşlar pərən-pərən oldu səsimdən,Hər budaq əlimdə göy qanad kimi.Dırmaşıb ağacın təpəsinə mən,Sürmək istəyirdim onu at kimi.
O ki, var dartırdım irəli, geri,Aşırdım ağacdan kəlləmayallaq.Hər yarpaq üzümdə bir cızıq yeri,Hər budaq çiynimə dəyən bir şallaq.
Anam tez yoxlayıb əl-ayağımı,Şükür eləyərdi sağ-salamatam.Gözümün işığı, dağıt bağımı,Dəymə bu ağaca, deyərdi atam.
Bir yarpaq ya soldu, ya büzüşdümü,Ağrısı canına düşürdü onun.Ağacın bir qolu sınıb düşdümü,Qolları yanına düşürdü onun...
Bu yay bəhərliydi həmişəkitək,Meyvə gətirmişdi, o pıtraq kimi.Birdən yağdı yağış, gurladı külək,Əsdi nəhəng ağac bir yarpaq kimi.
Belə əsməmişdi yaranışından,Təbiət kökündən burdu ağacı.Külək sinəsindən, yağış başındanDöydü, sillələyib vurdu ağacı.
Şaxlar bir-birinə dəydi şaqqaşaq,Dolu budaqların azaldı yükü.Ərik ölməmişdi, hələ sağdı, sağ,Onu saxlayırdı rişəsi, kökü.
Mən də titrəyirdim küncə qısılıb,Ay aman, gözümə nələr görünür:Anamın əlləri göydən asılıb,Yaralı budaqlar yerlə sürünür.
Hərdən eşidirdim ah-nələsiniGöylə danışırdı o, aram-aram.“Əladan hifz elə, bol meyvəsiniDərib, qapı-qapı nəzir paylarım”.
Nə külək dayandı, nə yağış kəsdi,Yay kimi dartınıb gərildi yerə.O, elə titrədi, o, elə əsdi,Birdən gurultuyla sərildi yerə.
Sanki yaraşığı getdi hər yanın,Yaşıl paltarını hər yer soyunduÜstünə budaqlar qonan eyvanınÜstünə yetimlik, qəriblik qondu.
Atamın qəddi də əyildi yaman,Dedim fəryad səsi göyləri dələr.Elə yapışdı ki, öz yaxasından,Ovcunun içində qaldı düymələr.
Üzünün kədəri, gözünün nəmiAh, nələr söylədi,Deyim sizə mən:“Uzaq gəncliyimin yaxın həmdəmiXatirə ağacım getdi əlimdən”:
Dedi: – Dolanmayın yan-yörəsinə,Qoyun öz-özünə quruyub yansın.Əliniz dəyməsin bir meyvəsinə,Toyuqlar, sərçələr yeyib dolansın.
Mən də şərik idim o qəmə, dərdə,Torpağa çökmüşdü ağac köhlənim.Beşik üzüqoylu qalmışdı yerdə,Yıxılan körpəlik çağımdı mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-erik-agaci
Use ← → keys to move, R for a random poem