“Dövlətdə dəvədir, övladda nəvə”,Kim bunu deyibsə, ona mərhaba!..Sən bir qaranquş tək qondun bu evə,Gördüm ki, bu gündən babayam, baba.

Uçmaq istəyirəm, tut qanadımdan,Səninlə doyunca oynayacağam.Əllini aşmağım çıxıb yadımdan,Mən də sənin kimi körpə uşağam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets