Dörd hərifnən namə yazdım gözələ,Vəsfi düşə bu mahala gərəkdi.Rey qaşların şəhd eyləyir hər yana,Gözləri nun təki ala gərəkdi.

Can gərəkdi eşq oduna qalana,Fələk verdi cavan ömrüm talana.Əl köksündə sübhə kimi dayana,Ah çəkə, göz dikə yola gərəkdi.

Məni uğradıbdı bir olmaz dərdə,Nahaq pünhan sirrin verdin namərdə.Sinədən gen ola, dəhanı xırda,Alıb göndərəsən çala gərəkdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets