A beymürvət, cavan qəddim əyibsən,Alıbsan canımı alası təki.Qələm qaşın, ay qabağın, gül üzünAçılıb dağların lalası təki.

Dal gərdənə həmayıllar taxıbsan,Başa vəsmə, gözə sürmə yaxıbsan.Müjgan oxun sinəm üstə çaxıbsan,Alıbsan Xeybərin qalası təki...

Baxtımın qapısın bağlar qoyubsan,Çəkib sinəm üstə dağlar qoyubsan.Sən ki, Abdullanı ağlar qoyubsan,Çəkirəm Kərəmin nalası təki.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets