O qızıl şananı alıb dəstinə,Nazik əllərinlə dara zülflərin.Çin-çin eylə dal gərdənə həmayıl,Məlhəm eylə, bağla yara zülflərin.

Gözəl görməmişəm belə bir maya,Qoy söz deyim, a gərdəni minaya.Camalın bənzətdim günəşə, aya,Saldı məni ahu-zara zülflərin.

Bu baxışın neçə canlar alacaq,Almasa da qeyri hala salacaq.Şahmar kimi çoxlarını çalacaq,Nə göyçək yaraşır qara zülflərin.

Mələklər şahısan, behişt hurisi,Elə bildim sənsən göylər pərisi.Bədirlənmiş aydı üzün şöləsi,Rəhm qılsın günahkara zülflərin.

Sənətkar Abdulla oldu divana,Kafər görsə o da gələr imana.Mən ata, sən bala, düşmə gümana,Çəkdi məni bu bazara zülflərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets