Ayrıldıq
Xeyli vaxtdır ayrılmışıq yar ilən,Gördük, amma tanışmadıq, ayrıldıq.Qaldı canda gizli-gizli dərdimiz,Bircə kəlmə danışmadıq, ayrıldıq.
Qərib-qərib durduq biganələr tək,Soyuq-soyuq baxdıq divanələr tək.Dönmədik başına pərvanələr tək,Eşq oduna yanışmadıq, ayrıldıq.
Yarım saat bir arada qalmadıq,Eşq atəşin canımıza salmadıq,Yalvarıban yarın könlün almadıq,Elə getdi, barışmadıq, ayrıldıq.
O zaman ki, aşnalığı tərk etdik,Cüda düşdük, xeyli ciyər bərkitdik.Aralıqdan könül quşun ürkütdük,Bir-birilə qonuşmadıq, ayrıldıq.
Vaqif sevdi bir iqrarsız bivəfa,Bada getdi tamam çəkdiyi cəfa,Görüşübən eyləmədik xoş səfa,Qucaqlaşıb sarışmadıq, ayrıldıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-ayrildiq
Use ← → keys to move, R for a random poem
More by this author
Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim
Təzkireyi-NəvvabNaz ilə ta ol büti-tərsa kəlisadən çıxar,Sərxoşü xəndan bipərva kəlisadən çıxar,
Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəngDəhrdə oldu mənə dildarü dilbər bir tüfəng,Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng.
Ey pərisima, sənin didarının müştaqiyəmEy pərisima, sənin didarının müştaqiyəm,Zülfü ənbər buylu, gül rüxsarının müştaqiyəm,
Poems by other poets · Love
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedimEy dustan, (ey dustan) yarım mənə uymaz, nedim?Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?
Anam təlim edən dildəMənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,