Kainat boyda bir ciyərinnəfəsini dərib, dərib,birdən verib ulamaq!

İt kimi yox,heç qurd kimi də yox,dərd kimi ulamaq!

Göyüzündə ən uçuq, ən cocuqdərdi ulamaq!Yerüzündə Azərbaycan deyilənbu tənha, bu yazıq yurdu ulamaq!

Heç gözlərlə də danışmamaq!Mənim nəfəsim bundan beləulamaqla gələ bilər ancaq.

Bu Göyüzünün altında da yox,bu Göyüzünün üstünə qonub ulamaq,Bu dünyadan da o yanabir dünya varsa harda,qoy desinlər orda:– Kimsə qonub son Göyüzünün damınamin illərdi dünyanı dinləyir, dururdu,hərdən də əl-qolunu ata-atabir dəli dərdi-bir ulu yurdukainatdan da o yana uluyurdu...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland