Bir min il də keçdi səni görəcəyimdənkipriyimi qaldırıb sənə baxmaqistəyəcəyimdən,ancaq qaldıra bilməyəcəyimdənmin il də keçdi,İlahi, nə az çəkdigözlərimizin bircə an bir-birinəbaxmağı nədi,heç bircə kipriyin bircəcə an qalxmağına daçatmadı bu min il də, çatmadı, İlahi.

Bir min il də keçdi ölümümüzdən,Şükür, nə ölüm qıydı bizə,nə cücülər, ilanlar gözlərimizə,Şükür, bu min il də bir an bulanmadıbu qara torpaq da, bu qara daş da,bu min ili də göz yaşı kimidupduru durdular aramızda.Bu min il də hamının gözləri yumulu,bu dünyanın sonunacankipriklərinin altında gözləri açıqlarsevdiklərinə baxa bilməyən aşiqlərdi,aşiqlər.

Bir min il də keçdi səni görəcəyimdən,bu dupduru daşın altındaneyni anda, eyni göyüzünə baxmağımıza da,baxışlarımızın orda tapışmağına da,elə tapışan anda da sevginin şiddətindəngözlərimizin bir min il də qapanmağınaçatmadı, İlahi, çatmadı bu min il də.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love