Sevsən, sevənə dəyməzsən, qara torpaq
Sevsən, sevənə dəyməzsən, qara torpaq,sevginən sevginə dönüm,bir də qoynuna girmərəm,sən gəl gir qoynuma mənim.
Qara qız ol, qara torpaq,ol, dəlin olum sənin,Gir qoynuma, tək məni sev,Son sevgilin,Son ölün olum sənin.
Gir qoynuma, dol canıma,Tapmasın heç bir ölkə,Heç bir məzhəb, din səni,Gecə-gündüz öpə-öpə,Sən cucərdən güldən gözəlCanımdan cücərdim səni.
Bir də tökülmə gözümə,Tökülmə üstümə bir də,qara gız ol, qara torpaq,ol, elə sevim ki, səniheç kimi istəmə bir də.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-sevsen-sevene-deymezsen-qara-torpaq
Use ← → keys to move, R for a random poem
More by this author
O gözəl oğul, o solğun nur,Bir də, bir də çətin doğulur.
YUNESKO-ya məktubCənab baş direktor!Təzədən yazılsın
Ölümdən sonra başlar şair ömrüNoldu birdən-birə, Mixail Yuriyeviç,İndicə gülürdünüz?!
Əli kərimin kitabına baxan quşHələ ki, bizim dilimizdəBizdən də yaxşı danışır