Min ildi, milyon ildiGöylərdə ayaqyalınSənə sarı qaçıram,ayaqlarım sevinir,yolum sevinir, Allah,Hər gün sənin göyünəmismarlanır qollarım,mismarlanır, dincəlir,qolum sevinir, Allah.Sevgin, ancaq sevgin varbütün kainat boyuqanrılan, qanı damanqollarımın gözündə,bəs nədən əzab gəzirqolumu dəlib keçənmismarların üzündə?!Min agrıyla, əzablaNecə qıvrılır onlar,Heç ağrı yoxdu mənə,quş kimiyəm, İlahi,yenə uçuram sənə,Qolumdakı mismarlaryalvarırlar ağrıdan,yalvarırlar əzabdan,Xilas elə onları,Xilas elə, İlahi,Xilas elə əzabdanBoynumdakı kəndiri,Altında dayandığımBu dar ağacını da,xilas elə, İlahi.

Hər an bu göyüzünə,həm də sənə tuşlanan,yenidən dönə-dönəməndən keçən gülləniağrılardan, əzabdanxilas elə, İlahi.

Şükür, İlahi, şükürMin ildi, milyon ildiBağlayıb yollarımıBir-birinin ucuna,Gəlib çatdım axırıSənin dar ağacına,Kəndirin dartıldıqcaboynum dincəlir, Allah,Boynum dincələn görübTez vururlar boynumu,Çiynim dincəlir, Allah.

Şükür, şükür, çox çükür,Sən yenə göyüzündənyerə enirsən, İlahi,dünya gözümdə söndükcəsən görünürsən, İlahi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love