Buludlar göylərə mıxlanıb qalar,Onları tərpədən külək olmasa,Düzlüyün, doğrunun qiyməti olmaz,Dünyada fırıldaq, kələk olmasa.

Gözlər açılantək torpaqla dolar,Beyin şüşə təkin qırışsız qalar,Ürək də heç nəyə gərəksiz olar,Dalaq, kor bağırsaq, böyrək olmasa.

Qaranlıq görməyən işıq aramaz,Tükün qiymətini bilər başı daz,Mələklər də xeyrə-şərə yaramaz,Allaha şeytanlar gərək olmasa...

1995

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets