Dağlarımız, yaylağımız qalmadı,İndən belə qışlağadır köçümüz,El-obanın havalanan sazındaZil sındı, bəm ayağadır köçümüz.

Aran-aran bu dünyanı dolanıb,Yayda toza, qışda qara bulanıb,Quru yurddan olanlara boylanıb,Görəcəyik uzağadır köçümüz.

İllər susar, eşidilməz holaylar,Günlər qız qarıyar, qalar dul aylar,Dağdan enib, düzdə qalar dolaylar,Həm soladır, həm sağadır köçümüz.

Bu köç ağladar, üzər ürəkləri,Canavarla öpüşür köpəkləri,Kəsib yeyər damazlıq inəkləri,Sinəmizdəki dağadır köçümüz.

El ağladı, ağlar yerin bilmədim,Haray çəkdi, harayına gəlmədim,Hayıf ki, baxtım gətirdi ölmədim,Deyəsən, yad bayrağadır köçümüz...1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice