Yatmış bildiyim ilanSən demə oyaq imiş,Qəfil ölümlə aramİkicə barmaq imiş...

İşığına getdiyimMəzarda çıraq imiş,Dünya malından payım,Bir baş, bir ayaq imiş...

Sirrimi açdığım daş,Sən demə qulaq imiş,Qaniçənçün el qanı,Dupduru bulaq imiş...

Şirin bal sandığım dil,Sən demə bıçaq imiş,Şair olan yerdə də,Göydə də qaçaq imiş...

Kəfəni ağ bilirdim,Üçrəngli bayraq imiş,Yurdum da, qürbətim də,Elə bu torpaq imiş...1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death