Sənin yalqızlığın məndə də varmış,Çoxluğun, azlığın məndə də varmış,Yaradıb-qurmağın məndə də varmış,Sonra uçurmağın məndə də varmış,İmdad diləməyin, qapı döyməyin,Qonşuya gülməyin, dosta söyməyinməndə də varmış...Mənim də qəlbimdə baş-başa verib,Göz-gözə dirənib, yaş-yaşa verib,Bu ikili bəla, yanıqlı ağı —Azadlıq eşqiylə qul rahatlığı...Doğrunla yalanın məndə də varmış,Gedənin, qalanın məndə də varmış,İlahi, heyrətə gəldim bu gecə,Oğul da Vətənə belə oxşarmış...1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets