Səsim yaralanıb düz ortasından
Səsim yaralanıb düz ortasından,Yaradan qan axır göylərə, yerə,Səsimin qanına mən bulaşmışam,Yarasıyla çıxmışam küçələrə.
Günlərim üzülüb ömürdən qopur,Günlərim su kimi ölümə hopur,Danışsam, sevgilim, çəkil o yana,Səsimdən qan damar ağ paltarına...1982
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-sesim-yaralanib-duz-ortasindan
Use ← → keys to move, R for a random poem