Bu qayayla o qaya barışmaz,o çayın səsi yaxın qoymaz özünəbu çayın səsini.Bu izlərin yiyəsidişlə-dırnaqla dayanıbözü saldığı çığırın keşiyində...Burda hər kəsin öz laylası olub,hər kəs yırğalanıb öz beşiyində.Burda bir günəş yanırhamının başı üstündə,ikincisi alışıb yansa,bir kəs salamat qala bilməz burda.Burda bir ürək dayanmaz,o biri dayananda,bir ayaq yorulanda,yorulmaz o biri ayaq.Bu mənzərəylə o mənzərəbarışmaz heç bir vaxtvə bir mənzərəyədönə bilməzlər birləşib.Burda canlı yaşayır,başqa canlını qoymaz yaxına,bu dünya insanlarındır,insanın yox...1982

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets