İnsanların hamısı gözəldir, hamısı,həmişə yox ancaq.Hər nə uydururamsa,sonradan görürəm olub dünyada.Nə saatın, nə zamanın rəqəmlərinəuyma, aldanma, qardaşım,yeni eradan əvvəl yaşayırıq hamımız...Göz yaşı dənizindən tutulan balıqtarix dadındadır.Biz unutmuşuq hər şeyi,ancaq hər şey Allahın yadındadır.Hər gün yüz kərə irəli sıçramaqdansa,bütün ömrün uzunucəmi bircə addım kənara atıbbir daş üstə otur.Oturub göy üzünə,və yollara bax.Dünyada ən qədim şey göy üzüdür,ən köhnəlmiş şey - yollar...1983

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets