Sözümüz sözdü, bir şey olmasa,göz dəyməsə bu ayın sabah gələcək gününə,o sabahkı günün on ikinci saatındaqopub uçmasa yerindən Yer kürəsi,dodaqlarımızda ana dilimizarabir rus sözləri ilə,qulaqlarımız bir-birimizin səsində,gözlərimiz bir-birimizin üzünə,gözünə baxa-baxaoturacağıq danışdığımız yerdə,süfrəmizdə bir qalaq qutab,əlimizdə araqla, ya şərabla dolu qədəhlər,çiynimizdə vətən göyünün çəkisiz ağırlığı.Və qarşımızda Xəzər olacaq,bir şey olmasa,göz dəyməsə bu ayın sabah gələcək gününə.Qarşımızda Xəzər olacaqo sabahkı günün on ikinci saatında,Qopub uçmasa yerindən Yer kürəsi,qarşımızda Xəzər olacaq,onu görmək üçün bu gündən,bax, bu gündən gözlərimiz dolsa...

1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets