Məktub yazsan, yağış yağan gündə yaz
Məktub yazsan, yağış yağan gündə yaz,Şəklini eyvanda çəkdirib göndər,Soyuq olsa, şaxta vursa aləmi,Şəkildə yay olsun, bağda üzüm dər.
Soruşma heç kəsdən Bakı necədir,Küçələr yenə də külək əlində,Gecələr araqdan qızmış cavanlar,Dünyanı söyürlər ana dilində.
Vallah, deyib-gülən günlər də olur,Tanışların çoxu ölməyib hələ,Dərd, azar törənib, artsa da hər gün,İntihar həsrəti gəlməyib hələ.
Təkcə xəbərsizlik sıxır adamı,Səs çıxmır Allahdan, radiolardan,Bahar əvvəlkitək çiçəklə gəlir,Qışın gəldiyini bilirik qardan...1985
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-mektub-yazsan-yagis-yagan-gunde-yaz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Çanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
Hac havasındaMillət boğulurkən vətənin ac havasında,Məmurlarımız yallı gedir tac havasında.
Sevgi candan ayrılmazSevən könlüm sevdi səni,Sevgi candan ayrılmaz!
Buludlar dolmağı başara bildi..Buludlar dolmağı başara bildi,Yağış, qar olmağı başara bildi.