Rekviyem
Bir tikə yer tapılmadı o gün vaxtın,məsafənin, məkanın, zaman və baxtıniçində ki,çağırıb səni ora açıq-açığına soruşsunlar:— Dünyaya gəlmək istəyirsənmi?Soruşan olmadı kim, nə, nə vaxt, harada,hansı dənizin sahilində olmaq istəyirsən?Kişi, qadın, qaranquş, pələng, qartal,üzüm, xurma, alma ya portağal?Daş, ağac, kol, türbə, küçə, araba təkəri,qaya ətrafında dolanan kölgə,ya açıq may səhəri?Qoxu, dad ya səs?Qaranlıq ya işıq?Yerinə yetirildi qiyabi hökmünanlamadığın dildə yazılmış sətirləri.Gözlərin açıldı ananın yumşaqvə ağ döşlərinə.Xoşuna gəlmədi atanın bığlarındanvə pencəyindən gələntütün qoxusunun acısı.Sonra dəniz — ləpələri dünyadahər şeydən qorxulu və əziz,səsi həmişə öz səsi,rəngi gah yaşıl, gah mavi,bəzən azacıq sarı,bəzən bütün rəngləri birdən...Dənizin üstündə göy üzü, buludlar,buludları qara, ağ, boz, bomboz,rəngi göy üzü rəngi...Göy üzündən sonra“Bakı — Kislovodsk” qatarınınküləkli tamburunda açılmayan qapı.İlk dəfə ölüm qorxusu.Sonra tut ağacınıncadugər qarı əlinə bənzəyənbudağına dolaşmış ilan.Gümüşü, parıltısı misri qılınc,görümü təptəzə.
İkinci dəfə ölüm qorxusu.Sonra hər astanada, otaqda, küçədə, tamburda,hər dəfə relslərin paralelindən keçəndə,meşədə, orda-burda,hər təzə insanla görüşəndə ölüm qorxusu.Qorxuyla ümidin müttəfiqliyi.Qorxuyla ümidin mühasirəsinə düşmüş ömür.Və bütün bunların üstündəAllah.İndi hansı ayda dirilmək istəyərdin?Diriləndə nə, kim, kiminlə,hansı dənizin sahilində olmaq istəyərdin?DiriləndəDilcan dağlarınındolama yolları olmaqpis olmazdı...Qırx üçüncü ildəbir-birinin dalıyca sürünəntəptəzə, ağır hərb maşınlarıdağa gedən köçü basmasaydı...
Cəngəlliyin doğma, azacıq acıqoxusunda,tanış ağacların, səslərin,ləpir izlərinin, sümüklərinyanından keçib,axşamüstü çaya yaxınlaşanpələng olmaq pis olmazdı...Gecə kirli yük gəmisinin boş göyərtəsi,sonra yük vaqonu, köhnə at əti,Tokioda əbədi heyvanxana olmasaydı...
Avqust ayının ortalarında,Şüvəlanda,hasardan bir-iki metr aralı,yarpaqları üç yoğun barmaq,kölgəsi həmişə isti,meyvələri sarı və dadlı,əncir ağacı olmaq pis olmazdı...1949-da, səhər erkən,sınmayacağını bilə-bilə,yanına gəlməsəydiHeydər əmi...Səhərin təmiz havasına,dünyada ən dadlı dodaqların gülüşünə,dənizin acığına getmək üçünpilləkən olmaq pis olmazdı...Səhərin təmiz havasında qəfil xəbər,dünyanın ən dadlı dodaqlarında istehza,dənizin açığında yad kreyserlər olmasaydı...
İşıqları yanan kimi sönənxırda stansiyaların,yayda yaşılın, qışda ağın,Serpuxovada dayanmayıbMoskvaya çatan qatarınsəsi olmaq pis olmazdı...Damından payız yağışı axanyük vaqonlarında qatillərlə,canilərlə bir yerəatılmış şairlər olmasaydı...
Yuxaya bükülmüş pendirləgöy soğanın,bir də ağ, təmizbir stəkan şərabındadı olmaq pis olmazdı...Yada düşməsəydi özgə çöllərinin,şəhərlərinin,kafelərinin həsrətxanasında...Azadlıq olmaq pis olmazdı....Sonradanazadlığı boğmaq gərək olmasaydı...Pis olmazdı, olmasaydı.
Yerinə yetirildi hökm.Gəldin.
Düşdün ümidlə qorxunun mühasirəsinə.Çıxdın.Allah rəhmət eləsin sənə...
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-rekviyem
Use ← → keys to move, R for a random poem
More by this author
Bir ovuc sərinliyi olmayan kölgə...Ağacı xəstədir,
Səslər ağrılıSəslər ağrılı,rənglər yaralı...
İnsanların hamısı gözəldir, hamısıİnsanların hamısı gözəldir, hamısı,həmişə yox ancaq.
Nə qədər sual cavabsız qalarmışNə qədər sual cavabsız qalarmışbircə gödək insan ömründə?
Poems by other poets
Sığıngınan yaradana, bəndəyə dad eyləmə,Dostların könlün yaxıb, düşməni şad eyləmə.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Təbiət taledə oxşayıb bizəTəbiət taledə oxşayıb bizəSabah nə gələcək başına bilmir.
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,