Gah yerinə keçir,Gah dəyir divara,Gah yeriylə divarın arasında qalır,Vurnuxur ora-buraAtılmış evin boz divarındaBağlanmamış pəncərə.Ev adamları qatara minən kimiBaşlandı külək.Unuduldu işlər,Yox oldu məsuliyyət,Dayandı yer üzündə tramvaylar.— Nə olub? Nə xəbər var?— Şəhərə külək gəlir,Külək gəlir şəhərə!Dəvələr boylanırSəhradan bizə tərəf,Xortumlarını qaldırıbMat-mat dayanır fillər,Bir anda solurAlp dağlarındakı qırmızı,Yox,Qıpqırmızı güllər.Otaqlara telefon,Telefonlaraİnsan səsləri dolur.Var sürətiyləGedir tənha maşın,Meydanlardan soxulur dar küçələrə.Şəhərə külək gəlir,Külək gəlir şəhərə!

Bax,İndi alın-alına dayanıb insanlar,Deyiləsi,Eşidiləsi min söz var!

Doğulan gündənDolub sinəmiz.İndi üz-üzə dayanmışıq biz.Nəfəsimizi eşidirik.Səsimizi də eşitməli olacağıq!ÇıxırDözümün yolundanKin, həsrət, acıq.Küçələr, evlər,Bütün dünya boyanır indiƏsəblərin, hisslərin rənginə.İndi dünya səhnə yox,Səhnə arxasıdır.Adla tanıyırıq hamını.Bilirik divlərinVə Məlikməmmədin kim olduğunu.Bilirik qrimsiz Simurq quşununNeçə div balasını ac qoyduğunu.Vaxtdır,Bir azdanUlduzlar yığılacaq səsimizə.Əllərimiz, qanadlarımız,Güvəndiyimiz dekorlartöküləcək dənizə,Oxunmuş qəzet parçalarıtəkSəpələnəcəyik küçələrə.Şəhərə külək gəlir,Külək gəlir şəhərə!

Bəlkə bu küləkSovurub yer üzündənYerin bir küncünəAtacaq bizi?Bəlkə bir məftiləİlişəcəyik ikimiz?Siz və mən.Onda necə baxacaqsız gözlərimə?

Yadınıza düşəcəkmi sükut?Musiqiyə qaçmaq olmayacaq.Nəhayət, inanın mənə,Söhbət nə ağıldan gedir,Nə işgüzarlıqdan.Nə gedirsə, ömürdən gedir.Yalan demək olarSevilmək üçün,Yalan demək olarSevinmək üçün.Ancaq gün gəlirYaddan çıxır mühitinƏn gözəl, ən ağıllı tələbləri.BilirsizmiÇətindir necə,Vətəndə vətən həsrətiylə yaşamaq?

Quşlar çırpınırBağlı pəncərələrə...Şəhərə külək gəlir,Külək gəlir şəhərə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets