Vaqulya, dənizsiz ölkə — yuxugörməyən insan kimidir...Anar

Bir kişi də ağıllı demədi onaAğlı başında olanda.Bir ağızdan dəli dedilər,Ağlı başından çıxan anda.DedilərƏvvəlcə qorxa-qorxa,SonraSakit olduğunu görüb,Dedilər gülə-gülə.Axırda da elə-belə...DedilərTiflisə gedəndəŞirin Loqidze suyu içdikləri kimi,Selpoya girmək üçünPoçt yolundan keçdikləri kimi.Topala dəli Topal dedilər,Kişi dəli olduğu gündən.O gündənDəli qaldı yazığın adı,Bir arvadı, dörd övladı...Arvad doğmadı daha,UşaqlarınaDəli balası deyərlər deyə.Tez-tez qaçdıBacısı evinə,Kolxozu, Topalı, bir dəTaleyini söyə-söyə.Uşaqlar da böyüyübÇatdılar bir günElin dözülməz sözünə.Çatan kimiÜçü Bakıya qaçdıBiri özünəO gündən Topalın olduOnun-bunun həyəti,Başlandı radiosuz,Klubsuz kənddə dəli həyatı.Yer üzündə ən dəhşətli şeydir,Azəri kəndində dəli olmaq...Nədən dəli olmuşdu Topal?Bilmirdi heç kim.Rayon mərkəzində də“Allah bilir...”Demişdi həkim...

Günlər keçdi,İllər keçdi,Tiflis yoluyla maşınlar keçdi,Dəyişdi dörd kolxoz sədri.Çindən gətirilmişFeyxoa ağacları daƏkildi kolxoz bağında.(Bar vermədilər ancaq)“Yeməli” bir klub da tikildiİdarənin qabağında.Kənd dəyişdi ev-ev,İşıq-işıq, şalvar-şalvar,Adam-adam.Bircə nə özü,Nə adı dəyişdi dəli Topalın.Hər doğulub yaşamağa başlayanTəzədən görürdü onu.Odur ki, gəlmədiDəli Topal haqqındaGedən söhbətlərin sonu.İldə bir-iki uşaqMütləq bilmək istəyəcəkdiTopalın kim olduğunu.

Nə cavab verəydilərAtalar,Əmilər,Analar uşaqlara?— Başına hava gəlib davada.— Yıxılıb at belindən.— Atası da bu sayaq idi.— Gör nə günə qoydu əsilli adamlarıbu hökumət!Min söz,Min cavab,Min hekayət...Topalsa dolanırdıKəndin küçələrində.Çayı müftə,Çörəyi quru olsa da həmişə.Vaxtında gəlib çıxardıSöz tapılmayanSöhbətlərə...Rahatca yaşayacaqdıYer üzündə dəli Topal,Bir gün kəndəKino gəlməsəydi.Amma gətirdilərAğ qutuların içindəSaatyarımlıqRəngli bir əhvalatı.Kinoya getdi müsəlman camaatı,Neçə yüz insan bəbəyi gəzirdiEkranda gəzənAdamların dalınca.Sıx meşələr,Bəzəkli arabalar,Yaşmaqsız arvadlar.Ardı-arası kəsilmədənSöz atardı kənd camaatıEkran camaatına.

Bircə hörmətlə baxırdılarRobin Qudun atına...Vaxt keçdi,QurtardıRəngli, xoşbəxt film.Robin QudQovuşdu axırda sevgilisinə.Gülməli bir mahnı da oxuduMoltanı dilində.Bir aylıqSöz-söhbət verildi kəndə.Dağlışdı çamaat...Amma o günÇıxmadı klubdanDəli Topal.Gizləndi stulların arasında.Sonra xeyli yoxladıBurunla, əlləEkranın ağını.Bir şey anlamayıbUzandı yerdə...

Səhər döyə-döyəÇıxardırdı klub müdiriStulların arasından Topalı.Köməyinə gələnlər də olduQorxmuş müdirin. Çünki dişləyirdiDəli Topal qabağına çıxanı.Xalq tökülməsəydiParçalayardıKlubun müdirini.Əllə, aylaqlaBütün əsəblərilə tutubBuraxmaq istəmirdi yerini.ÇıxartdılarBeş-on nəfərKlubdan dəli Topalı.

Birtəhər.Ancaq...— Yox, bu lap dəli olub!— Muğayat olun uşaqlardan!— Əvvəllər əməlli adam idi!

Dəlixanaya apardılar kişiniBir aydan sonra.Əvvəlcə yüklədilərGecə gedən qatara,Sonra bağlı,Pəncərəsiz bir maşına atdılar.Bakını da görə bilmədiDəli TopalBağlı maşının içindən.Görsəydi bəlkə yadına düşərdiDəlilikdən əvvəl Bakıya gəlməkArzusuyla yaşadığı.Yadına düşərdiBakı üçünYığdığı pulların sayı,Yeddiilliyi qurtardığı haqdaAldığı kağızın yeri.Yadına düşərdi toyu.Toy günündəAtasının aparılmağı.Soldatlar çıxıb gedəndən sonraAnasının ağlamağı.Yadına düşərdi atasının ölümü haqdaKəndə gəlmişTəsdiqsiz, görülməmiş xəbər.Yadına düşərdiBaş ağrılarından sonraBeynindən çıxmayan səsin züyü.Bu səsi başqalarındanHər gün, hər dəqiqə,Var gücüylə gizlətməyi.

İntiqam alacağı günləYaşadığı günlər dəDüşərdi yadına bəlkə,Görsəydi Bakını, dənizi...AncaqBağlıydı hər tərəfi maşının.AncaqPəncərəsiz qaranlıqdaKeçirdi dəli TopalBizim güllü-çiçəkliprospektlərdən...AmmaNə qaranlıqdan,Nə pəncərəsizlikdən qorxurdu Topal.Bilirdi ki,O, bu qaranlıqdan çıxan kimi,Eşidəcək dostlarının səsini.Nağara kimi səslədəcək yer üzünüDoğma atların nalları.Meşədə bayram olacaq!Bolluca ət,Tuluq-tuluq şərab.Ocaq, ocaqOcaqlar yanacaq!Bilirdi ki,Bu qaranlıqDünya boyda olsa da,Sadiq dostlarYetirəcəklər özlərini Robin Quda!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets