Buraxmaz, daha buraxmaz səniboğazına, bədəninə sarılmış budaqlar,min il insan həsrətində olan bir ağacayrıla bilməz nə kədərindən,nə sevincindən,balta da bata bilməz indi,min ilin boşluğundaqıvrıla-qıvrıla insan axtaran budaqlara,bu ötən əsrlərin ağac həsrətinəkimsə zor gələ bilməz,qatil ola bilməz bir köpəkoğlu ona.Bu ağac, bu budaqlar ayrılıq olub min il,min-min hakimlərin, dövlətlərin,inqilabların içində dura-dura,sağ-salamat saxlayıb ayrılığını,qoruyub həsrətini,və baş əyməyib nə bir dövrə,nə bir baltaya,ağac qalıb, ağac həmişə.bu torpağın insan həsrətiylə doğulub,insan həsrətiylə xışıldayan, yarpaq tökənağacı olub min il...

1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation