Səhər beş oldu, cümlələr,Gəlin bir nöqtə qoyaq,Yorğan-döşək olan yerəBaxır daha əl-ayaq.

Musiqi də radiodanBir saatdır yox olub,İndi neçə-neçə dildəSəmaya söyüş dolub.

Qoyun-quzu səsə gəlib,İndi örüş vaxtıdır,Peysərimin yastıq iləİndi görüş vaxtıdır.

Gedib bu saat yatmasam,Günüm yarımçıq qalar,Yuxuda məni gözləyən,Bir adama sözüm var...1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets