Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq
Sən qönçə kimi hər bir edən demdə yaşınmaq,Artar bizə yüz mertebo odlanna yanmaq.Mən aşiqəm, ey gül səne, olmaz bunu danmaq,ölən günedek eyleməzəm səndən usanmaq,Daxi nə yaşınmaq, nə bürünmek, nə utanmaq?Bəsdir bu dayanmaq!
Allaha şükür, lale yanağında eyib yox,Dişində, dəhanində, dodağmda eyib yox…Bir zorreco zülfündə, buxağında eyib yox,Qaşında, gözündə, qabağında eyib yox,Daxi ne yaşınmaq, ne bürünmək, ne utanmaq?Bəsdir bu dayanmaq!
Men ha sənin ol məh üzünü görmüşəm yüz yol,Ox kirpiyini, şux gözünü görmüşəm yüz yol,Həm yoldaşını, həm özünü görmüşem yüz yol,Şəkker kimi şirin sözünü görmüşəm yüz yol,Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?Bəsdir bu dayanmaq!
Mən xud deyilən bədnəzər, ey gözləri şehla,Məndən üzünü yaşınsan sən elə bica.Qoysan, eləyim üzünə doyunca tamaşa,Öldürdün axır, məndə ki* can qalmadı əsla,Dəxi ne yaşınmaq, nə burünmək, nə utanmaq?Bəsdir bu dayanmaq!
Qeyridən əgər ki, edəsən sən bu hicabı,Billəm ki, sözündür vəli məqbulu hesabı,Yoxsa, məni görcək, üzünə çəkmə niqabı,Gel, tanrı üçün, Vaqifə çox vermə ezabı,Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?Bəsdir bu dayanmaq!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-sen-qonce-kimi-her-bir-eden-demde-yasinmaq
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gözəl qamətli yari-lalərəngi sevmişəm,Yarə istiğnası şirin şuxü şəngi sevmişəm,
Ey Kəbəm, Kərbəlam, Məkkəm, MədinəmEy Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm,Bir zaman kuyində ziyarətimdir.
TüfəngMolla Pənah Vaqif**Qıvrılır gönlüm tüfəngdən dəm vuranda mar tək,
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!