Balaca mütəfərriqələr 41
– Atam, qardaşım, Allah xatirinə belə nalayiq sözləri danışma, kənara qoy, güclə təzə-təzə bir balaca nuraniyyət görünür. Allah xatirinə, o nuraniyyəti payimal etməyə qəsd etməyiniz. Amandı, bir millət üçün bir qeyri-nicat yolu qalmayıbdır, məgərinki elm! Yoxsa, atam, vallah, billah, qiyamətəcən zülmatdan çıxa bilmirik. Gələcəkdə özgələrin əllərində əsir olarıq.
– Min dəfə deyəsən, ağa Dərviş, məni inandıra bilməyəcəksən. Uşaqlarımız oxuyub, axırda onlardan nə olacaq?! Oxuduqca dinimiz, millətimiz əldən gedir. Görmürsən ki. elmdən necə fəsadlar törəyir?.. Yox, yox, ağa Dərviş nahaq danışırsan...
– Səbr elə, atam, görünür ki, dünya işlərindən sənin xəbərin yoxdur, ona görə də belə danışırsan... Qulaq as. Hükəmalardan birisi deyibdir ki, “insanın ömründə iki təsəlli var: biri gələcəyə ümiddir, biri də yuxudur”. Elə camaatın da ömründə iki təsəlli var: biri elm təhsil edən uşaqlardır, – istər ünas olsun, istər zükur, – o biri təsəlli yenə yuxudur... Bizim uşaqlar küçələrdə bisərü pa qalanda, camaatımıza bir tək təsəlli yuxu qalır... Nə yaman və necə bədbəxt yuxu!.. Allah xatirinə, qardaşlar, fürsəti fot etməyib yapışınız məktəb qapısından, əl çəkməyiniz, gecə-gündüz fikriniz ancaq elmdə olsun, yoxsa... Qardaş, and olsun zati-pakına, hamımız yaman günlərə qalarıq, necə ki bu saat biçarə İran qalıbdır...
– Yaxşı, görək, ağa Dərviş, indiyədək biz elmsiz qalanda bizə nə olub? Ac qalmışıq, susuz qalmışıq, yoxsa bizə, Allaha şükür, nə olub?..
– Qardaş! Sənin danışığın məni təngnəfəs edir... Mənə rəhmin gəlsin Allah xatirinə. Axır bilmirsən, belə dünyadan bixəbərsən və mən də hər bir sözü aşkar deyə bilmirəm. Mən nə çarə qılım, nə tövr səni başa salım? Belə yaman günə qalmışıq. Bəs nə gündəyik? Camaatımızın arasında düşmənçilik, bədxahlıq, pərakəndəlik... Dəxi bundan artıq nə istəyirsən? Hər bir nalayiq işlərimizə bais bitərbiyəlik və nadanlıqdır. Məgər heç qəzetlərə meyl edib oxumursunuz, görmürsünüz ki, biçarə mühərrirlərimiz nadanlıqdan, cəhalətdən o qədər yazıblar ki, mən o barədə oxumaqdan təngə gəlmişəm.
– Bağışla məni, ağa Dərviş! Mən aşkara görürəm ki, şəhərimizdə məktəb açılandan bəri dini-islamı bilmərrə unudublar.
– Atam, bəs görünür ki, millətimizi, dini-islamı saxlayanlar məktəb üzü görməyənlərdir. Beləmi buyurursunuz? Qardaşım, görünür ki, doğrudan-doğruya, sənin nəinki dünya işlərindən, hətta şəhərimizin hal-hazırından xəbərin yoxdur... Daşkəsənlərimizdən tutmuş ta bizim ağalarımızın həyatına, məişət və güzəranına diqqət ilə bax, onda bilərsən ki, cəmi murdar işlərimiz hamısı bitərbiyəlikdən, elmsizlikdən əmələ gəlir. Milliyyəti, dini-islamı başa düşmək üçün, qardaş, gərək elm sahibi olasan... “Ağ qoyun, qara qoyun, başımı yerə qoyum” ilə milliyyəti, islamı saxlamaq olmaz. Qardaş, ta ürəyim doludur, amma ağzım bağlı, nə çarə qılım? Arif olsan bilərsən ki, nə ərz edirəm... Xülasə, a kişi, açıq gördüyüm işə, başa düşdüyüm şeyə nə arifbazlıqdır ki, təklif edirsən?
– Belə olan suratdə, qardaş, məni bağışla ki, baş ağrısı verdim. Xudahafiz.
– Rədd ol başımdan...
“Yeni İrşad” qəzeti, 31 avqust 1911, №4
Kitabxana.az · https://kitabxana.az/en/works/vezirov-balaca-muteferriqeler-41
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Qulunun otağında. Bir dənə miz və bir neçə səndəli.*Qulu** (tək, səndəli üstə əyləşmiş, bikef). Görəsən, dünyada mənim kimi də eşşək adam olarmı?! İndi bu nə gündür mən çəkirəm? Bu nə ömürdür mən keçirdirəm, gecə-gündüz, vaxt-bivaxt, sərbaz kimi bu evlərin keşiyini çəkirəm... Genə dərd yarı olardı, hərgah gedəndə heç olmasa bir soruşaydı ki, Qulu, səndə pul varmı, ya yoxdurmu? Ancaq elə buyurmağı bilir: filan otağın kağızını dəyiş, filankəs gələcək, ona yüz manat ver, gələn qonaqları yaxşı yola sal. Elə buyurur, guya Vartansifət atası gedəndə mənə min manat pul verib gedib... Canım yığılıb boğazıma, az qalıb baş götürəm qaçam.
Pul düşkünü Hacı Fərəc(Məzhəkə, 4 məclisdə)*Əfradi-əhli-məclis
Əvvəlinci məclisƏhvalat vaqe olur Ağa Heydərin salonunda. Avropa qaydasında bəzənmiş Zinyət xanım, Güldəstə əyləşiblər, Kərbəlayı Rəcəb ayaq üstə.*Kərbəlayı Rəcəb**. Çünki mən həmişə kantorda olurdum, bu evə az gəlib gedirdim, ona görə Zinyət xanım, siz məni yaxşı tanımırsınız, amma, bax, bu Güldəstə məni yaxşı tanıyır. Mən yalan bilmərəm, oğurluq bilmərəm, həllə-huşluq bilmərəm, odur ki, mərhum Ağa Heydər məndən suvay heç kimə etibar etməzdi... Banklara pulu mən aparardım, mən gətirərdim... Əlimdən hər bir şey gələr, xanım, amma dələduzluq gəlməz. Bax, Allah verə bu ev dolu qızıl olsun, gözümün quyruğu ilə də baxmaram.
İkinci məclisƏhvalat vaqe olur həmin otaqda. Hacı Fərəc əyləşib səndəl üstə, yanında dəsmal, içi dolu xüşkəbər.*Hacı Fərəc** (Yusifi qucaqlamış). Əziz balam, sevgili balam! Gör əmi sənin üçün nələr gətirib eyy... Cibini aç görüm (Ciblərini xüşkəbərlə doldurur.) Oğlum, əmin sənə qurban, rus arvadı madam sənə yaxşı baxırmı?
Poems by other poets
Fəraq oldu bu cavana,Halal ilə aman ana,
Baş endirərAşiq olan üzdə gəzməz,Dərinə baş endirər.
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,