– ...Vallah, qardaş, çığırmaqla, yalvarmaqla, nalə etməklə bizi xabi-qəflətdən ayıltmaq mümkün deyil... Min illərcə yaxşı vəzlər, axır zamanlarda şairlərimizin, mühərrirlərimizin nalələri onlara əsər etməyib. Sən bir qərib, bixəbər dərviş nə edə bilərsən? Qardaş, bu bir çətin məsələdir, bizim kimi adamların işi deyil, atam...

– Kərbəlayı! Qardaşım! Mən neyləyim belə öküz kimi, gomuş kimi ömr keçirməyi bacarmıram. Hal-hazırımız ciyərimi odlayır, vallah, tab gətirə bilmirəm... Buyurursunuz danışma! Necə danışmayım, ay qardaş? Belə mənim qabaqda gələn övladımıza rəhmim gəlir. Belə biixtiyar danışıram... Danışmaya bilmərəm. Elə, bax, götür darülfünunları, ali məktəbləri qurtarıb bizim şəhərimizə təşrif gətirən bəzi cavanlarımızı.

– Atam! Qoy onları öz işlərinə getsinlər. Onlarda nə işin var... Mən ki sənə bunu məsləhət görmürəm, ağa Dərviş, çünki aqibətdən qorxuram...

– Kərbəlayı, elə o qorxu deyilmi bizim evimizi yıxıb sərgərdan qoyan... Əmri-bəməruf, nəhy əzmünkər məgər bizim şəriətimizin ali, müqəddəs hökmlərindən deyil. Bu hökmü qanmaq gərək. Beləcə hökmlərə əməl etmək gərək, ancaq bu yolla insan nicat tapa bilər... Kərbəlayı, mənim ömrümün çoxu gedib, azı qalıbdır. Mənim bir haqdan və bir lə vicdanımın əziyyətindən savayı heç bir kəsdən qorxum yoxdur. Dünyada dərvişə nə lazımdır? Bir löğmə nan, ona da Allah kərimdir. Gələk, kərbəlayı, mətləb üstünə. Sahibi-elm cavanlarımızın haqqında mən necə danışmayım? Baxırsan libasları əntiq, ayaqları təmiz, döşlərində darülfünun nişanı, zahirdə fəxrə layiq. Batində işləri, fikirləri nə? Məsəl var ki, şeytan qulağına qurğuşun. Ancaq “aylıq məvacib üç yüzdür, sonra da gərək səkkiz yüz olsun, çünki biz elm təhsil etmişik, zəhmət çəkmişik”. Afərin! Bu şeyə sözüm yox, olsun, kim nə deyir, istəməyən kor olsun. Ancaq, qardaşlarım, buyurunuz görək məşğuliyyətiniz nədir? Bir neçə saat hökm etmək, ondan sonra da bimənə laqqırtı, sonra da zarafat... Sonra, əfəndim, nədir? Sonar pul çox, amma iş az, keyf yeri də var... Buyurunuz, atam, görüm bir neçə nəfərdən savayı camaata, millətə, insaniyyətə nə xidmət edibsiniz? Hansı cəmiyyətləri bina etmisiniz? Hansı kitabları yazmısınız? Hansı millət işində çalışmısınız? Belə işlərdən bir nişanə də yoxdur. Kərbəlayı, bir şəxsin ki ömrü gümüş kimi ola, bir şəxsin ki, vücudunda bir kari-xeyir baş verməyə, o vücudun qiyməti beş quruş da deyil. Vəssalam. Qeyri-tayfaların cavanları gecə-gündüz millət yolunda, insaniyyət yolunda çalışmaqda, bizim cavanlarımız da əcnəbi qızlarının dalınca düşməkdə. Bir firəngi, biri almani... Nə isə, nə bilim hansı təpədən qaçmış, dərədən azmış... Xülasə...

– Xülasə, ağa Dərviş...

– Xülasə, kərbəlayı, ancaq bilirəm ki:

Keçsə belə illər, belə günlər, belə dövran,
Dünya olacaq başımıza təng deyirlər.

“Yeni İrşad” qəzeti, 4 sentyabr 1911, №6

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca mütəfərriqələr 49

...Atam, mən kərrat ilə özümə söz verirəm ki, bundan sonra bir kəsin fikrinə qalmayım, çünki deyirəm belə fikirlərdən bir şey çıxmır. Amma nə edəsən ki, olmur, yenə başlayıram fikri.Deyirlər: el dərdinə ağlayanın gözlərinə qan damar... Bu məsələ doğru da olsa, mən yenə fikir etməməyi bacarmıram... Necə fikir etməyim ki, mənim uşaqlarım var. Gələcəkdə onlarla nə faciələr, nə müsibətlər ola bilər? Bu sual məni dərin fikirlərə salır. Oluram bədxab, özüm də yata bilmirəm. Gah gücü dağa aparıram, gah dağdan endirirəm. Nə qədər fikir edirəm, işin axırını yaman görürəm. Cəmi tayfa elmdə, ticarətdə irəli gediblər, mənim övladım isə qalıb geridə. Heç ümid yoxdur ki, onlar da karvana yetişsinlər. Fikir edib qalıram başıma döyə-döyə. O qədər fikir edirəm ki, axırda görürəm guya bədənim yoxdur. Sonra başlayıram özümə təsəlli verməyə. Xəyalıma bir nağıl gəlir: keçənlərdə, bir gün dənizdən bir pəncə görünür imiş. Bu əhvalatı hakimi-vilayətə xəbər verirlər. Ondan sonra başlayırlar pəncəyə tüfəng, top atmağa, amma pəncə dayanır. Tüfəng, top isə pəncəyə əsla əsər etmir. “Bu nə əlamətdir” – deyib camaat həyəcana gəlir. Bir gün bir şəxs dəniz kənarına gəlib iki barmağını pəncəyə tərəf qaldırır, haman dəqiqə pəncə yox olur. Bu xəbər çatır hakimə, o da hökm edir ki, o şəxs gəlsin onun yanına, görək bu necə işdir. O şəxs gəlib hakimə ərz edir ki, o pəncənin fikri bunu qandırmaqdır ki, əgər beş adam camaat işində birləşsə, hər bir şəhərimizin işinə də əncam edə bilərlər. Mən ona cavab verdim ki, iki nəfər də dost olsa kifayətdir. Pəncə mənim fikrimi qəbul edib yox oldu...

19112 min
Balaca mütəfərriqələr 50

Məndən sual edirlər: nə əcəb neçə vaxtdır ki, nə yazmıram, nə danışmıram?Qardaşlarım! Yazmağa qolum yorulub, danışmağa dilim bağlanıb. Əhvalım pərişan, ciyərim şan-şan... Necə ki qanadı sınmış quş uçmağa qadir olmuyub, yerdə tək qanad döyüb sürünər, necə ki, beli əzilmiş, başını gah sağa, gah sola çırpar, mənim də halətim o cürə olubdur... Hal-hazırımızı xəyala gətirib başımı gah sağ dizim üstə, gah sol dizim üstə qoyuram, zor verirəm ağlamağa və keçən babalarımıza yaman deməyə... Lənət oxuyuram o rəislərimizə ki camaatı cəhalətdə, avamlıqda saxlayıb, “dünya beş gündür, beşi də qara” – deyib, ancaq eyş-işrətə məşğul oldular... Necə heyvanlıq, necə bədbəxt halət!.. Rəisimizə baxınız, ruhanilərimizə baxınız... Əlim yorulmuş, dilim bağlı, nə deyim?.. Bircə dəfə, bağışlayınız, bir evdə bir cənaba rast gəldim (keçən vaxtın əhvalatıdır).

19111 min
Balaca mütəfərriqələr 51

...İnsan, kərbəlayı, ömr edib qocaldıqca keçən səhvləri yad-bud edib, çox vaxt öz-özünü məzəmmət edir. Deyir: kaş filan, filan işləri görməyeydim. Filan, filan əməlləri etməyeydim... Buna nə deyirlər, kərbəlayı! “Daldan atılan daş topuğa dəyər!”. Səhvsiz insan olmaz, doğrudur. Amma iş onun qədərindədir. Şəkk yoxdur ki, nə qədər insanın ev tərbiyəsi layiqincə, elm yolu ilə olsa, bir o qədər onun səhvi az olar. Ona görə də ömrünü asudə, xoş, bafayda aparar. Vay o şəxsin övladının halına ki özü cəhalətdə qalıb, ev tərbiyəsinin, elmin faydasını qanmayıb, övladını qaranlıqda qoyub, o dünyaya apara... Belə fərmayiş edirlər: “Keçən günə gün çatmaz, calasan günü günə”. Bilirsən, kərbəlayı, bu sözləri kimlər oxuyur? Zəhmətsiz, bişüur ömürlərini keçirib, çətin günlərə çatmışlar. Bu sözləri mən özgə cür oxuyuram: “Keçən gündən veyl gün olmaz, toplasan babalarımızı bir yerə”. Babalarımızın fikri olub yeyib-yatmaq və bolluca arvad almaq, xoruz, qoç döyüşdürmək, dərviş nağılına qulaq asmaq, ilan oynadanlara tamaşa etmək və belə bivec, layənşüur ömrün adını qoyublar “keçən günə gün çatmaz...” Hay, hay!.. Kərbəlayı, övlada atanın qabiliyyəti çatar, atanın xasiyyəti və hər bir yaman, yaxşı sifətləri.“Aqibət gürgzadə gürg şəvəd,

19112 min
Balaca mütəfərriqələr 52

Nə xoş günlər idi, nə gözəl ruzigar idi! Libas ağ, saçlarım qıvrım, bir əlimdə təbərzin, bir əlimdə kəşkül girirdim meydana...– Mövlayi-mən!

19141 min

Poems by other poets