Page 1 of 2

Əhvalat vaqe olur həmin otaqda. Hacı Fərəc əyləşib səndəl üstə, yanında dəsmal, içi dolu xüşkəbər.

Hacı Fərəc (Yusifi qucaqlamış). Əziz balam, sevgili balam! Gör əmi sənin üçün nələr gətirib eyy... Cibini aç görüm (Ciblərini xüşkəbərlə doldurur.) Oğlum, əmin sənə qurban, rus arvadı madam sənə yaxşı baxırmı?

Yusif. Bəli, yaxşı baxır.

Hacı Fərəc. Əmin sənə qurban, yeməyə nə verir?

Yusif. Süd, yumurta, yağ, bulka, şakalad, sup, katlet, bişmiş alma...

Hacı Fərəc. Əmini çox istəyirsənmi? Əmin sənə qurban.

Yusif. Nə üçün istəmirəm, istəyirəm.

Hacı Fərəc. Çox sağ ol! İndi get məmənin yanına, bu dəsmalı da apar ver sənin üçün saxlasın... Get dərdin alım! (Yusif gedir.)

Hacı Fərəc (tək). Ancaq doqquz ildən sonra qəyyumluqdan çıxacaq. O vaxta qədər kim bilir sağ qalacaqmı? Zinyət xanım mənim təklifimi qəbul etməsə, dövlət əldən çıxacaq. Allahın köməkliyi ilə, pul gücü ilə əğyarları qoymaram Zinyət xanıma yaxın gəlsinlər. Ancaq çalışmaq gərək, Zinyət xanıma sübut etmək gərək, bilsin ki, Hacı Fərəcə tay bir kəs ola bilməz... O sərmayədir gecə-gündüz məni dirildən. Baxınız, köçdən azmış it kimi yorturam bu evdən o evə. Divanxanalarda bütün məmurları təngə gətirmişəm. Biri deyir: hacı bərizayi-xuda, əl çək yaxamdan. Biri deyir: rədd ol başımdan. Biri deyir: köpək yenə təşrif gətirdi... Bunların hamısına dözürəm.

Kərbəlayı Rəcəb (daxil olub). Hacı, Balaqardaş sizi görmək istəyir.

Hacı Fərəc. Qoy gəlsin görüm genə nə var? (Kərbəlayı Rəcəb gedir.) Zalım oğlu zalımı görməyə gözüm yoxdur. Hər onu görəndə qanım qaralır, darıxıram.

Balaqardaş (daxil olub). Ay dayı! Sən arvadını nöşün boşamısan, hə? Bisəbəb, bigünah! Heç utanmırsanmı? Məgər qorxmursan onun qohum-əqrəbasından? Dərinə saman təpərlər axı!..

Hacı Fərəc. Ada, qudurmusan nədi? Nə cürət edib bu sözləri mənə deyirsən həəə? De görüm! Özünə bax, başından böyük sözünə bax! Sürün bu saat gözümün qabağından, heyvərə!

Balaqardaş. İşlərdən xəbərin yoxdur, a dayı? Tamam şəhərdə, küçələrdə, dükanlarda, hamamlarda heç bilirsən sənin haqqında nələr danışırlar? Hələ, rəhmətliyin oğlu, mənə bir fors da satırsan?

Hacı Fərəc. Ada, səsini kəs! Durram vallah dişlərini tökərəm! Səsini kəs deyirəm sənə!

Balaqardaş. Səsimi necə kəsim ki, hara gedirsən xa, xa, xa, xa, xa, xa... Hacı Fərəc altmış yaşında, saqqalı tünd rəngləyib, ayağında cır-cır çəkmə, girib eşqbazlıq meydanına: xa, xa, xa, xa, xa, xa!..

Hacı Fərəc. Atamın ərvahına bu sözlərin hamısını özündən qayırırsan! Ada, sənə nə borc? Sən get öz dərdinin dalınca, balam!

Balaqardaş. Mən sənin bacın oğlu deyiləm? Mənim yanımda belə sözlər danışılanda axır az qalır bağrım çatlasın, tab edə bilmirəm. O günləri Kərbəlayı qulam düşüb şəhərin canına, olmayan sözləri sənin haqqında danışır. Deyir hacı qəyyum olub, yetimin malını ac qurd kimi basıb yeyir. Dünənədək çiynində qanlı qoyun dərisi satan hacı lənətullah indi özü üçün qırx min manatlıq ev alır. Hər gün ipək dəsmal əlində, içində xüşkəbər yortur xanımın qulluği-şərifinə... Mən inanmıram, dayı. Mən ancaq onu bilirəm ki, ölənədək qoymayacağam bir kəs gəlib dayımın dövlətinə sahib olsun. Yaxın gəldimi, parçalanacaq.

Hacı Fərəc. Mən özüm də heç vaxt razı olmaram ki, bir belə sərmayə-dövlət keçsin bir yad oğlunun əlinə. Hər nə danışırlar qoy danışsınlar... Hamısı paxıllıqdandır. Sən qulaq asma, işində ol və bundan sonra mənimlə bihörmət danışma. Rədd ol get!

Balaqardaş. Mən gedirəm, görüm hansı əjdaha bu qapıya yaxın gələ bilər. (Gedir.)

Hacı Fərəc (tək). Meyitini görüm, Balaqardaş! Sən lap nahaq belə fikrə düşürsən. Mən axmaq deyiləm bir belə sərmayədən əl çəkim... Pul əlimdə, ağlım başımda. Bir beş mindən, on mindən əl çəkərəm, dünyayi-aləmi çaxnaşdırram bir-birinə, ancaq Zinyət xanımı əldə saxlamaq gərək. Kərbəlayı Rəcəb! Kərbəlayı Rəcəb! (Çağırır.)

Kərbəlayı Rəcəb (daxil olur). Nə buyurursan hacı?

Hacı Fərəc. Kərbəlayı, sən bir dünyagörmüş, bu evə xeyirxah, hər tərəfdən xəbərdar, huşyar adamsan. Mən istəyirdim Zinyət xanım barəsində səninlən bir balaca məsləhət edəm. Necə bilirsən, kərbəlayı. Zinyət xanım bir cavan oğlana getsə yaxşıdır, yoxsa bir ahıl, namaz qılan Allah bəndəsinə getsə?

Kərbəlayı Rəcəb. Zəmanə cahılları, hacı, şarlatanlıqdan sıvay bir şeyə məsrəf deyillər. Əlbəttə, Zinyət xanım bir dünyagörmüş, Allahın təmiz bəndəsinə getsə yaxşıdır. Heç olmasa dövlət badifənaya getməz.

Hacı Fərəc. Afərin, maşallah, kərbəlayı. İndi bildim ki, səndə ağıl, şüur var imiş. Kərbəlayı, and olsun Beytə, yüz iyirmi dörd min peyğəmbərə, on iki imama, Qurani-əzimə və atamın ərvahına, səni dünyada biqeyd elərəm, hərgah sən bu işdə mənə qardaşlıq etsən.

Kərbəlayı Rəcəb. Bax, mənim bu gözlərim üstə... Arxayın ol, hacı... Mən yavaş-yavaş Zinyət xanımın qulağını dolduraram, sonra görək qəza nə istəyir.

Hacı Fərəc. Çox yaxşı. Hələ ki, bu iki yüz manatı qoy cibişdana, sonra mən borcundan çıxaram, Allah qoysa, Allah qoysa. (Zəng vurulur.)

Kərbəlayı Rəcəb (gedə-gedə, pul əlində). Şərafətiniz artıq olsun, hacı, Allah mətləbini versin inşallah! (Gedir.)

Hacı Fərəc (tək). Cahanda müşkülgüşa puldur, pul... Pulun belə qadasın alım mən, qadasın. İş düzələndən sonra, qurban olum o günə, sərmayə keçəcək əlimə, onda mənə deyəcəklər Ağa Hacı Fərəc ağa! İndiyə kimi mənə məhəl qoymayan adamlar məni görəndə ikiqat olub, baş vuracaqlar... Hacı, necəsiz, səlamətsinizmi? Kefiniz necədir?.. Allah eləsin, Allah eləsin... Mənimlə belə danışacaqlar... Pəh, pəh, pəh, fəda olum o günə!..

Kərbəlayı Rəcəb (gəlib). Hacı ağa! Rzaqulu gəlib, sizi görmək istəyir.

Hacı Fərəc. Buyursun... (Kərbəlayı Rəcəb gedir.)

Rzaqulu (daxil olub). Salam əleyküm!

Hacı Fərəc. Əleyküm salam! Əleyküm salam! Rzaqulu, sən çox xoş gəlmisən, səfa gətirmisən. Gəl, əyləş görüm nə var, nə yox?.. Bax burada, yanımda əyləş. And olsun Beytə mən səni balalarımca istəyirəm.

Rzaqulu (əyləşib). Çox sağ oluz, hacı. Bilirsiz, hacı, mən nə işdən ötrü gəlmişəm qulluğunuza? Bu saat qapıda Balaqardaş mənə rast gəlib başladı ki, səndən çox-çox təvəqqe edirəm bu ətrafa dolaşmayasan, yoxsa yaxşı olmayacaq. Dedim, qardaş, qoy hələ bir az döşün atlanıb düşməsin, sonra görüm mən nə üçün bu ətrafa dolanmayım... Özün bilirsən dedi, dolanma deyirəm, dolanma, vəssalam. Sizdən çox təvəqqe edirəm, ona deyəsiniz bir də belə qələtləri eləməsin, yoxsa onu elə yox elərəm ki, bilməzlər dağ getdi, ya aran getdi.

Hacı Fərəc. İnanırsanmı, Rzaqulu, mənim onu görməyə gözüm yoxdur. Bir belə utanmaz, bihəya insan mən görməmişəm. Bihəyalığına bax ki, gözəl-göyçək arvadı ola-ola, girib meydana ki, bir kəsi qoymayacağam bu qapıya yaxın gəlsin, dayımın dövlətinə malik olsun.

Rzaqulu. Qoy o məni yaxşı tanısın, mənə öcəşməsin, xataya salmasın, hacı! Hacı, məni bağışlayınız, mən də bu qapıdan əl çəkməyəcəyəm, qoymayacağam bir kəs bu qapıya yaxın gəlsin. Balaqardaş dövlətçün çalışır, mən də kor deyiləm. Bir azca bəlkə mən ondan hələ karlıyam da. Nöşün o olsun, mən olmayım?

Hacı Fərəc. Rzaqulu! And olsun Beytə, sənin xatirin mənim yanımda həmişə əziz olub, nəhayət mərtəbədə sənə möhübbəm... Sənə dürüst söz verirəm ki, o işdə sənin üçün əlimdən gələn köməyi edəcəyəm. Çünki Balaqardaş heyvanın biri o dövlətə layiq deyil. Ancaq o xatakun da bu qapıdan əl çəkmir. Kəsəcəyəm, odlayacağam deyib durur... Öz aramızdır, dövlət də dövlət deyil, həddən ziyadə sərmayədir, heç kimə müyəssər olmayan sərmayədir...

Rzaqulu. Hacı! Əgər mən də adam oğlu adam ollam, ölənədək canımı, malımı sizə qurban elərəm. Hələ ki, xudahafiz...

Hacı Fərəc. Xoşuma gəldin, qadan alım... Get, arxayın gözlə. (Rzaqulu gedir.) Bu iki hərifin tutuşmasın mən öpüb gözlərim üstə qoyaram... Bunları bir-birinə qısqırram, hər ikisi birdən badi-fənaya gedər. Meydan qalar xali... Təbiidir ki, iki alov bir-birinə rast gələndə birləşib, ucalıb şiddətli yanıb, hər ikisi birdən sönər. Görək, pənah bərxuda! (Çağırır,) Güldəstə! Güldəstə! Bir bəri çıx görüm. (Güldəstə gəlir.) Qızım, bir vacib işim var, ona əməl etmək gərək.

Güldəstə. Nə işdir, hacı?

Hacı Fərəc. Balaqardaş Rzaqulu ilə tutuşublar, o deyir Zinyəti mən alacağam, bu deyir xeyr, mən alacağam. Balaqardaşın bir gözəl arvadı, üç uşağı, Rzaqulunun iki arvadı, bir-birindən gözəl beş uşağı. Bunlar özlərini öldürürlər, tək dövlətdən ötrü. Ona görə bundan sonra dalanın qapısı həmişə gərək bağlı ola və Kərbəlayı Rəcəb evdən kənara çıxmaya. Qandın?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əvvəlinci məclis

Vaqe olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy əyləşib səndəli üstə, tək.*Rüstəm bəy** (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı heç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm... Görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə.) Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğlun qanı yerdə qalsın? O mən deyiləm. (Uzun səktə, çağırır.) Əhməd, Vəli!.. Hərgah onu atası yolu göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun. (Əlin vurur başına.) Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..

189612 min
İkinci məclis

Vaqe olur Fəxrəddin bəyin mənzilində. Gecə Fəxrəddin bəy əyləşib səndəli üstə, qabağında miz, miz üstə bir cüt yanan şam, dəftərlərə baxır.*Fəxrəddin bəy** (tək). Mənim ağlım heç kəsmirdi ki, karixeyirlər, bizim molla demişkən, bu tezliklə tamam oleydilər. Allah qoysa, bir üç-dörd ilin içində bağ da hazır olar və onun mədaxili məktəbxanaya və azarxanaya kifayət elər; məndən artıq xərc istəməz... Sonra... Səadət xanım qolları çirməkli, dəstə haçar belində, gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy də özü həmi bağban, həmi dirrikçi, həmi məktəbdə müəllim... Pis ömr deyil, hərgah qəza bivəfalıq etməsə. Görək, Allaha pənah! (Səktə.) Hacı Murad! (Çağırır. Hacı Murad daxil olur.)

189611 min
Üçüncü məclis

Vaqe olur Cahangir bəyin bağçasında. Cahangir bəy tüfəngə söykənib, bikef durub ayaq üstə.*Cahangir bəy**. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır... Allahın bir bəlasıdır ki, düşmüşəm: yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat oturmaq yox... Mal-dövlət tarac oldu getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın? (Səktə.) Nə qədər özümə söz verirəm, Qurana, kitaba and içirəm ki, bundan sonra Səadət adı çəkməyəcəyəm, olmur... Dəli-divanə kimi gecə yarısından keçmiş, atlanıb gedirəm o ətraflarda gəzirəm, gəzirəm, yorulub axır nəfəs geri qayıdıram... Əgər bir neçə müddət də ömrüm belə keçsə, arzuma çatmasam, yəqin ki, buxovlanacağam. Neyləyim, Rüstəm bəy evini eləyib bir Qars qalası, yaxın getmək olmur ki, qızı güclən aparasan, ya ki, özün vurub öldürəsən?! (Uzun səktə) Nə olardı, xudaya, mənim bu divanə məhəbbətimin yüzdən biri Səadətdə olaydı. Hay-hay, hay-hay! Nə qədər Fəxrəddin bəy gəlməmişdi, mənim genə az-çox ümidim vardı, indi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac... Tamam el-oba mənim adımı Məcnun qoyublar. Əlbəttə, mən divanəyəm. Hərgah divanə olmasaydım, Səadətə təəşşüq yetirməzdim... Mən hara, o hara?.. Səadətin məkanı asimanda gərək oleydi... Hurilər içrə Allah onu yaradıb mənim kimi divanə üçün xətavü bəla... Neyləyim, bilsəm ki, baş götürüb getsəm, bu bəladan xilas ola billəm, vallah elə bu saat itərəm; amma bilirəm ki, məqdurimiz bu gün gedib sabah geri qayıdacağam genə o qapıda sürünməyə. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir: gərək Fəxrəddin aralıqdan götürülə yoxsa ayaqyalın, başıaçıq, dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam.

18967 min
Dördüncü məclis

Vaqe olur qaranlıq gecədə, Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada. Pərdə qalxandan sonra Şahmar bəy gəlir, əlində tüfəng.*Şahmar bəy**. Yamanca qaranlıqdır, göz-gözü görmür. (Ətrafa baxır.) Hacı Murad, Xəlil... (çağırır.) Birisini diri tuta bilsəydik, nə yaxşı olardı?.. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Rüstəm bəyi qarışdırardım işə, necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya-cırıldaya gedərdi, biryolluq canımız qurtarardı... Hacı Murad! (Çağırır.)

18965 min

Poems by other poets