Azərbaycan
Azərbaycan-eşqim mənim,Qərənfilim, yasəmənim.Ən ətirli gülüm mənim,Novruz mehli bir səmənim.
Oğuz yurdum, odlar elim,Sənə min yol mən can dedim.“Yerdə gəzim, göyə gedim?”,Səninləyəm, Azərbaycan.
İstiqlalda tək cocuğum,Çənlibelli qoç oğuzum.Rövşən oğlun, Nigar qızın,Azərbaycan, Azərbaycan.
Məmmədəmin bir öndərdi,Tariximi o döndərdi.Pis günlərə sinə gərdi,Bayraq enməz, Azərbaycan.
Çox çəkmisən lovğalardan,Qarıldayan qarğalardan.Allah qoysa qovğalardanQalib çıxar Azərbaycan.
Bir dövlət tək ucalırsan,Bir Günəş tək nur saçırsan,Bir müdrik tək qocalırsan,Qoca babam Azərbaycan.
Kitabxana.az · https://kitabxana.az/en/works/vuqar-ehmed-azerbaycan-2
Use ← → keys to move, R for a random poem