Azərbaycan
Çox keçmişəm bu dağlardan,Durna gözlü bulaqlardan;Eşitmişəm uzaqlardanSakit axan arazları;Sınamışam dostu, yarı
El bilir ki, sən mənimsən,Yurdum, yuvam, məskənimsən.Anam, doğma vətənimsən!Ayrılarmı könül candan?Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,Odur ki, bağlıyam sana:Hansı səmtə, hankı yanaHey uçsam da yuvam sənsən,Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,Ayrılıq məndən düşəndə,Saçlarıma dən düşəndəBoğar aylar, illər məni,Qınamasın ellər məni.
Dağlarının başı qardır,Ağ örpəyın buludlardır.Böyük bir keçmişin vardır;Bilinməyir yaşın sənin,Nələr çəkmiş başın sənin.
Sıra dağlar, gen dərələr,Ürək açan mənzərələr…Ceyran qaçar, cüyür mələr,Nə çoxdur oylağın sənin!Aranın, yaylağın sənin.
Keç bu dağdan, bu arandan,Astaradan, Lənkərandan.Afrikadan, HindistandanQonaq gəlir bizə quşlar,Zülm əlindən qurtulmuşlar…
Bu yerlərdə limon sarı,Əyir, salır budaqları;Dağlarının dümağ qarıYaranmışdır qarlı qışdan,Bir səngərdir yaranışdan.
Lənkəranın gülü rəng-rəng,Yurdumuzun qızları tək.Dəmlə çayı, tök ver görək,Anamın dilbər gəlini!Yadlara açma əlini.
Sarı sünbül bizim çörək,Pambığımız çiçək-çiçək,Hər üzümdən bir şirə çəkSəhər-səhər acqarına,Qüvvət olsun qollarına.
Min Qazaxda köhlən ata,Yalmanına yata-yata,At qan tərə bata-bata,Göy yaylaqlar belinə qalx,Kəpəz dağdan Göy gölə bax!..
Ey azad gün, azad insan,Doyunca iç bu bahardan!Bizim xalı-xalçalardanSar çinarlar kölgəsinə,Alqış günəş ölkəsinə!
Könlüm keçir Qarabağdan,Gah bu dağdan, gah o dağdan;Axşam üstü qoy uzaqdanHavalansın Xanın səsi,Qarabağın şikəstəsi.
Bir dön bizım Bakıya bax,Sahilləri çıraq-çıraq,Buruqları hayqıraraqNərə salır boz çöllərə,İşıqlanır hər dağ, dərə.
Nazlandıqca sərin küləkSahillərə sinə gərək,Bizim Bakı – bizim ürək!İşıqdadır qüvvət sözü,Səhərlərin ülkər gözü.
Gözəl Vətən! O gün ki, sənAl bayraqlı bir səhərdənİlham aldın…yarandım mən.Gülür torpaq, gülür insanQoca Şərqin qapısısan.
El bilir ki, sən mənimsən,Yurdum, yuvam, məskənimsən.Anam, doğma vətənimsən!Ayrılarmı könül candan?Azərbaycan, Azərbaycan!
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-azerbaycan
Use ← → keys to move, R for a random poem