Yurdumuz silkinib çıxalı yasdan,Aldım sorağını Kürdən, Arazdan;Adına bağlayım bir yeni dastan;Gözümdə canlanır xəyalın sənin!

Sənmisən ömründə hiylə bilməyən?Artıq danışmayan, artıq gülməyən?Qəlbi düşündürür duyduqca bəzən,Bu ağır duruşun, kamalın sənin!

Səndə qüdrəti var böyük bir elin,Təmizdir vicdanın, doğrudur dilin.Qəlbində qalmamış nə Tanrı, nə din,Həyata başqadır sualın sənin!

Laləli çöllərdə doğruldan da sənTərlan səhərlərin ilk müjdəsisən;Baxıb hünərinə, saz tutanda mənAçılır gül kimi camalın sənin!

Gözündə parlayır qaynar bulaqlar,Könül duyduğunu xatirə saxlar;Əlilə göstərir səni uşaqlar,Şairə bənzəyir bu halın sənin!

Sən bir günoş kimi yandıqca yerdə,Xəyalım ev tikir mavi göylərdə;Bir qələm çəkmisən Ömürlük dərdə,Bir də gəlməyəcək zavalın sənin!

Anan səni doğanda adına "Bəsti" dedi,"Əllərimi bir fələk oğuldan kəsdi", - dedi.Beləydi qayda bizdə... Qız doğanda analarBaxıb qara geyərdi su üstündə sonalar;Yazıq qadın utanıb, qızarardı ərindən,Min bir varaq qopardı könlünün dəftərindan;Deyərdilər; "Qız nədir? Qazancı yox, varı yox,Vəfası yox, qəlbi yox, aşiqə ilqarı yox,Özgə şamı yandırır... Bu gün-sabah gedəcək,Köçəri quş kimidir, oylağı tərk edəcək".Bizim cahil babalar xor baxardı qadına,Deyərdilər toy günü gəlninin sağlığına.

"Anam, bacım qız gəlin,Əl-ayağı düz gəlin!Yeddi oğul istərəm,Bircə dənə qız, gəlin!"

Yenə tarix açıldı xəyalımda uzaqdan,Dünya mənə göründü bir qaranlıq otaqdan,Ah! müqəddəs analıq! Nələr gəlmiş başına,Axar sular qarışmış günahsız göz yaşına...Sən boy atıb qalxanda zindanlara atıldın,Qoçulara, bəylərə bir qul kimi satıldın.Hər yediyin xörəkdə ımin acılıq duyardın,Qonağının, ərinin ayağını yuyardın."Nəzakət" sayılardı bu çirkin əyləncələr...Saçlarının rənginə bənzəyirdi gecələr.

Sən ey sular sonası!İnsanlığın anası!Mehribandır qucağın,Saf vicdanın böyükdür!İşığı çox sönükdürSənsiz yanan ocağın.

Gün aşiqdir üzünə,Ay həsrətdir gözünə,Bəşər səndən doymamış;Kim başını qoymamışO mehriban dizinə?

Çal qəlbimin sazını,Aç ömrümün yazını.Kim çəkir gənc yaşında,Gecə beşık başındaKörpələrin nazını!

Bil ki, təmizdir südün,Bir məktəbdir öyüdün.Sənə layiq bir əsərYazmamışdır şairlərAh, nə dünən, nə bu gün.

Biri dedi: "Mələksən",O biri də: "Çiçəksən".Sən ey könül dildarı!Bir-bir desəm onlarıDinləyib, güləcəksən.

Ağ üzünə "ay" dedi,Qaşlarına "yay" dedi,Yazmadı zəhmətindən,Qəmindən, möhnətindən,"Günlərini say" dedi...

Sən xırmanlar başında,Torpağında, daşında,Əlində sarı başaq,Dalında körpə uşaqSaraldın gənc yaşında.

Dinmədin toyda, yasda;İnək sağdın ayazda.Möhnət oldu sirdaşın,Asta-asta göz yaşınAxdı Kürdə, Arazda...

Bilmədi qurtuluş varBizim yazıq analar.Nə bir səmir, nə bir səs...Onlara oldu qəfəsSoyuq hərəmxanalar.

Keçdikcə ömrün yaşı,Dərddən ağardı başı.Baxıb o solğun gülə,Əliylə atdı çöləOnu vicdan oynaşı...

Sən ey müqəddəs ana!Nə yazsam azdır sana.Ruhuna güidü gündüz,Şeriıni gül kimi düzSəhər-səhər yaxana!

Ac qaldığın yaman gün,Ürək sinəndə sürgün...Qızdırmalar canında,Yetimlərin yanındaÇöllərdən qırp döşürdün.Sən qəlbini, ey qadın,

Yumaq kimi bağladın!Baxtın saçından qara...Baxıb-baxıb sulara,Layla deyib, ağladın:

"Eləmi harayından,Oyanın harayından,Gündə bir kərpic qopurÖmrümün sarayından".

Bəsti! Qələm çəkdik o günlərə biz!Günəşdən pay aldı azad nəslimiz.Dəyişdi suların əvvəlki səsi,Dəyişdi dünyanın ilk xəritəsi.Azad yurdumuzda nə şam qaralır,Nə dağ]ar başını duman, qar alır.Öldü tanrıların səfil röyası,Doğdu ömrümüzün qızıl dünyası.Sənin də gözünə düşdü aydınlıq,Ömürlük zindandan çıxdi qadınlıq.Dahilər yaradan ey böyük ana,Şerimin hər sözü alqışdır sana!Alqış, o boyasız, rəngsiz üzunə!Alqış, o hiyləsiz, təmiz sözünə!Alqış, əmdiyimiz halal südünə!Bu gün də borcluyam hər öyüdünə...Səndə təbiətin saflığı vardır,Səni duyan könlüm nə bəxtiyardır!Həyatın şeridir gül yanaqların,Günəşdən rəng alır al dodaqların.Sözün doğrusunu deyim ürəkdən:Vurğunam mənalı gözəlliyə mən,Silkinib çıxmasa qadın mətbəxdənNə azad ana var, nə azad Vətən!Bu söz parladıqca bir şimşək kimi,Açıldı rəngimiz bir çiçək kimi.Şərqin göylərində günəş parladı,Sevindi analıq, qadınlıq adı.Atıldı ellərin başından qara,Qaranlıq gecələr çəkildi dara...Artıq saçlamayır səni qoçular.Hər yerdə, hər dildə danışığın var,Baxıb yurdumuza ilham alırsan,Göydə quşlar kimi qanad çalırsan.Çiçəklər rəng çalır o gül bənizdə,Qüvvətin görunür yerdə, dənizdə.Qızıl bir əsgər tək sən də hazırsan!Xalça toxuyursan, şeir yazırsan.Bu yeni qəlbinlə, şüurunla sənBizim kəndimizdə müəlliməsən.İnək də sağırsan - bu ar deyildir,Yaradan əllərin hüququ birdir.Canlanır yenidən sönən hər həyat,Nə gözəl yaraşır sizə ağ xalat!Uşaq bağçasından keçirdim dünən,Göz qoydum oynaşan körpələrə mən.Onlar eşitməmiş nə din, nə millət.Dodaqlar deyirdi yalnız: məhəbbət!Bir qələm qaşlı qız yığıb onlarıBir-bir göstərirdi xoş oyunları,Bu gənc mürəbbiyə gülərək hərdən,Baxıb zövq alırdı bu körpələrdən,Baxıb göz olurdu öz balası təkSilinsin tarixdən doğma və ögey!Bəsti! Səninkidir tərlan səhərlər!Deyir tərifini kəndlər, şəhərlər –Deyir bizrın Bakı, bizim Moskva,Sənin şöhrətini dalğalı havaAparmış, bilirəm, bu gün hər yana:Hində, Fələstinə, Ərəbistana.Yuvası, oylağı ölüm qoxuyan.Bu gün də kor kimi Quran oxuyanŞərqin gözəlləri eşidir səni,Baxıb arzulayır bizim Vətəni...Azadlıq uğrunda çarpışır insan,Şərqin səhərləri qalxmış yuxudan.Qoy ölsün Adəmdən qalan bir adət,Azadlıq yaşasın, bir də səadət!Bəsti! Günəş kimi təmizdır üzün,Sən ilk yavrususan bizim gündüzün!Sənindir obalar, sənindir ellər,Ətəyi yellənən pambıqlı çöllər,Sənindir havası sərin yaylaqlar,Ceyranlar su içən soyuq bulaqlar,Sənindir səhərin ülkər ulduzu,Sən ey yurdumuzun qəhrəman qızı!Sənindir insanlıq, sənindir vicdan!Asılmış gül kimi günəş yaxandan.Sənindir şairin şeri, ilhamı,Mənim kimliyimə şahiddir hamı.Ey, ana yurdumun gözəl gəlini!Mən ki məhəbbətlə sıxdım əlini;Bu dostluq, qardaşlıq, söylə, var olsun!Unutsaq bu eşqi, bizə ar olsun!Qoy yazsın başqası - karset geyinən,Ərinin üstünə gündə deyinən,Gündə min rəng alan, min cildə girən,Yanında fors üçün tula gəzdirən,Çəkdiyi pudranı üzündə satan,Marınclad dodaqlı, ruhu şarlatanMeşşan qadınların "gözəlliyindən".Səninsə şairin yaranmışam mən!Mən səni yazmadım "dili məzəli",Yazmadım "kef quşu, məclis gözəli";Mən səni yazmadım nə "cin", nə "mələk",Biz ki, özümüzük, bunlar nə gərək?Yazmadım "dolanım, dönüm başına".Sən rəva görməzdin öz qardaşına.Bu yağlı sözlərin sonunda hər anAtılmış qadına min qara böhtan;Satılmış xanlara bir balıq kimi,Sonra da kirlənmiş bir yaylıq kimiAtılmış o bizim yazıq analar.Tarixin alnında nə damğalar var!..Bəsti! Yorulma gəl, hələ qulaq as!Yenə şairliyim qızışır az-az;Könlüm Qırat kimi dönmüş ağ yelə,Qızışır getdikcə uzaq mənzilə.Düşmən danışmasın başından yekə...Anamdır sevdiyim bu qızıl ölkə.Vicdanım ləkəsiz, üzüm də ağdır,Boş keçən bir günüm olmayacaqdır.Bu ellər bağında doğma bir quşam,Azad nəğmələrçün yaradılmışam...Olmuş ilk ilhamım bu qızıl bayraq,

Gün kimi parlayan baxtıma bir bax!Cavabsız qalmamış hələ sualım,Hay vurur, qıy vurur tərlan xəyalım...

Ah səhər-səhərDoğanda ülkər,Bəsti, qolunaGüvənir ellər.

Sən düzləri təkƏtəkləyərək,Vurur sinəndəBöyük bir ürək.

Gulür çiçəklik,Hər qaya, hər dik.Sənə söz qoşurXınalı kəklik.

Alnında titrərPuçur-puçur tər,Nə yazsa azdırMin sinədəftər.

Sən yığın-yığınO ağ pambığınYaradanısan,Zəhmətə sığın!

Keçdi qara qış,Bahara alqış!Sən ey qəhrəman,Günəşlə yarış!

Buludu lay-layDoğrayanda ay,Sən yükləyirsənPambığı tay-tay.

Həyatdır əmək,Daha nə demək,El sənin anan,Sən ona kömək...

Ey azad qadın,Gözləri aydın!Mən nə yazardımSən olmasaydın?

Borcluyam sana,Ey böyük ana!Hələ bu dərdimQalsın bir yana.

Açıldı yazım,Söhbətim, sazım;Sən hünər göstər,Mən şeir yazım.

Məsləkimiz bir,Aləmə bildir!Şair həyatsızŞair deyildir.

Artıq yuvan var,Elin, oban var.Tanrı danışır –Min bir havan var.

Azaddır dilin,Azaddır elin.Bir də, sevgilim,Bükülməz belin!

Səhər-səhər gül,A saçı sünbül!Desin şərqiniŞair və bülbül.Bəsti! Bizim bu dağların,

Şır-şır axan bulaqlarınÜzərinə gün doğalı,Nəşəsi var yaylaqların.

Ölsün, dedik, hər möhnətə,Qanad verdik məhəbbətə.Hər qapıda bir bağ salaq,Hörmət olsun təbiətə!

Qoy açılsın min bir çiçək,Qızıl güldən ətir çəkək;Təbiəti bolşeviklərGəlin kimi bəzəyəcək.

Bizimkidir uca dağlar,Dünya qədər zövqümüz var.Qoy yollara kölgə salsınCərgə-cərgə boylu çinar.

Başa salın kommunxozu;Daş yolların olmaz tozu;Dörd tərəfdən gül bürüsünHər kolxozu, hər sovxozu!

Aşıb-daşır elinvarı,Kolxozumun ilxıları.Tutaq boğaq içimizdənKöpək oğlu ziyankarı.

Düşmən girir "şirin dilə",Üzümüzə gülə-güləO daraşır ac qurd kimiBağçamızda qızılgülə.

Faşist bizi "yada salır",Qanlı gözü çox qaralır.Xırdaca bir sirrimiziMin qızıla satın alır.

Hər cəbhədə ayıq-sayıqƏsgər kimi durmalıyıq!Yoxsa gedib dəyər daşaDəryamızda üzən qayıq.

Taqsırımı deyim, düzü,Batan deyil haqqın sözü –Bəzən görə bilməmişdirŞairin də açıq gözü.Bəzən məni hər yad baxışDönə-dönə "alqışlamış".

O gün xallar vurdu qəlbimizdə tar.Bir günəş parladı gözlərimizə,Açdı qapısını səadət bizə...Yolda dörd gün bizi oxşadı hava.Bizə "buyur" dedi qızıl Moskva.Moskva! Dünyada ən böyük şəhər!Onun daşlarında həyat gülümsər.O bir dəniz kimi çalxanır hər an,Günün batmağını duymayır insan.Beyinlər işdədir, əllər işdədir,Moskva hər zaman bir gərdişdədir.Burda duyğuları oxşayır hər şey,Oxşayır gözləri burda hər muzey, -Bizə xəbər verir qərinələrdən. Bəsti!O yerləri dolaşmısan sən!Şığıyır quş kimi yeraltı qatar,Başının üstündə ağır binalar,Dəyişmiş Moskva - əski Moskva,Ruhları güldürür burdakı hava.Üzünü görmədim zər paqonların,Görmədim halını dvoryanların;Mən burda görmədim nə keşiş, nə çar,Bunları nəql etdi bizə qarılar.O gün zəncirlənmiş kilsəli şəhər,Bu gün səhər kimi ruha gülümsər.Mən burda görmüşəm min bir yadigar,Varaqla tarixi, gör bir nələr var!Moskva ömründə geyməmiş qara,Əyməmiş başını Napalyonlara...Çoxdur Moskvanın yaradan əli,Burdadır Puşkinin böyük heykəli.Tatyana Larina təbiət qızı,Onegin o qızın ilk vəfasızıGünlər keçirmişdir burda bir zaman;Mazurka rəqsinin gurultusundanAynalar titrəmiş - hardadır onlar?Yaşadı ömrünü sərxoş salonlar...Cütbaşlı qartalın sındı qanadı,Silindi tarixdən onun son adı.Xəyalım dönərək yenə tərlana,Yenə də baş çəkir Qızıl Meydana...(Başqa bir şairin sıxıldı qəlbi,Yıxıldı daşlara boz sərçə kimi)....Bəsti! Nə xoş keçir bizimlə dövran...Var olsun dövranı, belə yaradan!Bu şair könlümün bir şüarı var:Ölsün yurdumuza xain çıxanlar!Bununla qurtaraq bu şerimizi,Başqa temalar da gözləyir bizi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets