Nə qədər məyus, ah, nə qədər ölgün,Nə qədər cansızam yenə mən bu gün.Dəyişmiş gördüyün köhnə şiri-nər,Əsərxəyalıma nəsimi-kədər*.Hələ gör nə halda, gör nə dəmdəyəm?Bütün varliğimla yəs, ələmdəyəm.Vücudum torpaqda, sürünür daşda,Xəyalımsa durur hamıdan başda;Rəqs edər o mavi, ağ buludlarda,Enər, nəfəs alar yaşıl otlarda.Gəzər-gəzər öylə durmadan bir an,Arar-arar, yavrum, bir geniş meydan;Öylə bir meydan ki, gülsün azadə,Çəkdiyim zillətlər düşməsin yadə.Bəşər dedikləri duyğusuz vicdan,O boyalı sima, o dönük imanBir az da çırpınsın, gülsün, əylənsinUcalmaq istərsə, bir qədər ensin;Ensin, qaranlıqdan kamiyab† olsun,Qürurun gülşəni saralsın, solsun!Dəmir qollarıyla fəxr edən kütlə,Bağırsın, hayqırsın, həm də cürətlə,Qursun bir ailə... bircə ailə...Müjdələr gəlsin bu şeyda bülbülə,O zaman gülərəm, gülərəm, heyhat...Bilməm gələcəkmi bir böylə həyat?..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring