Dağlara xitab
Dağlar! Sizdəki şu böyüklük, vüqarNə olur bir zaman olsaydı bəndə.Bəlkə sayılardım o gün bəxtiyar,Vicdanımı yaxan bu zəhri-xəndBəlkə çəkilərdi bir duman kimi.O zaman bu xəstə qəlbim əsəbiVə coşqun sulara məxsus ahənglə,Lazım gəlsə məşğul olardım cənglə…Əvət! Tapdalardım, döyər, əzərdimİnsanlığın məğrur, dönməz başını…Ən sonra qayğısız, bihuş gəzərdim,Nə dərdi sevərdim, nə göz yaşnı.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-daglara-xitab
Use ← → keys to move, R for a random poem
More by this author
Əgər səndən dönər isəm, nəsibim ahu-zar olsun!Baharım qar tökən qışlar, açılmaz bir diyar olsun!
Mefistofel, yaxud dost cildində düşmənMefistofel! Mefistofel! Səni ölmüş sanırdıq biz,Fəqət sağsan, "əfv elə" ki, görməmişdir gözlərimiz.
Kamala yetəkGəl ana torpağım! Gəl məni dinlə,Mən sənin qəlbindən qopan bir səsəm.
KəklikOnun qaydasıdır binadan, başdan,Hələ gün çıxmamış qalxıb obaşdan,