عافیت را نشان نمییابم
عافیت را نشان نمییابموز بلاها امان نمییابم
میپرم مرغ وار گرد جهانهیچ جا آشیان نمییابم
نیست شب کز رخ و سرشک بهمصد بهار و خزان نمییابم
دل گم گشته را همی جویمسالها شد نشان نمییابم
خوارش افکند می به خاک چه سودراه بر آسمان نمییابم
دولت اندر هنر بسی جستمهر دو در یک مکان نمییابم
گوئیا آب و آتشند این دوکه به هم صلحشان نمییابم
زین گرانمایه نقد کیسهٔ عمرحاصل الا زیان نمییابم
بخت اگر آسمانی است چرابر خودش پاسبان نمییابم
بهر نوزادگان خاطر خویشبخت را دایگان نمییابم
خوان جان ساختن چه سود که منبه سزا میهمان نمییابم
زاغ حرص و همای همت راریزه و استخوان نمییابم
خویشتن خوار کردهام چو مورچه توان کرد نان نمییابم
چون نترسم که در نشیمن دیوهیچ تعویذ جان نمییابم
بس سبع خانهاس است کاندر ویهمدمی ایرمان نمییابم
یک جهان آدمی همی بینممردمی در میان نمییابم
دشمنان دست کین برآوردنددوستی مهربان نمییابم
هم به دشمن درون گریزم از آنکیاری از دوستان نمییابم
عهد یاران باستانی راتازه چون بوستان نمییابم
همه فرعون و گرگ پیشه شدندمن عصا و شبان نمییابم
ز آن نمط کارزوی خاقانی استجای جز بر کران نمییابم
در زمانه پناه خویش الادر شاه جهان نمییابم
Afiyətdən nişan tapmayıram,Dərd-qəmdən aman tapmayıram.
Uçuram, quş kimi cahanı gəzib,Özümə aşiyan tapmayıram.
Hər gecə göz yaşı axır üzümə,Yüz baharü xəzan tapmayıram.
Bəxtim itmiş, dalınca hey gəzirəm,Uzun illər, nişan tapmayıram.
Mənə bəxti fələk veribsə, neçin,Ona bir pasiban tapmayıram?
Fələyi mən yerə vurardım, heyf,Göylərə nərdivan tapmayıram.
Hünərim var, səadət axtarıram,Onları həmməkan tapmayıram.
Su ilə odmudur məgər onlar,Bəs nədən mehriban tapmayıram?
Ömr sərmayəsi mənə gətirər,Nə səbəbdən ziyan? Tapmayıram.
Gəzirəm bir qonaq ki, süfrəsinə,Ola layiq bu can, tapmayıram.
Təbimin doğduğu bu körpələrə,Gəzirəm, bir həyan tapmayıram.
Tamahım qarğa, hümmətimdir hüma,Sümük istər, aman, tapmayıram.
Qorumaqçün bu canı divlərdən,Nə dua, nə "Quran" tapmayıram.
Yeyirəm şəm kimi özüm özümü,Çörəyə yox güman, tapmayıram.
Vəhşixanə olan bu aləmdə,Bir nəfər dost, inan, tapmayıram.
Doludur bu cahan adamla, fəqət,Dil bilən, hal duyan tapmayıram.
Dövrəmi aldı kinli düşmənlər,Halıma bir yanan tapmayıram.
Düşmənə mən gərək pənah aparım,Dostları hər zaman tapmayıram.Hamı Firondur, hamı canavar,Bir əsa, bir çoban tapmayıram.Aləmin şahına gərək sığınam,Başqa ümmid, güman? Tapmayıram.Bir cahan arzular ki, Xaqani,Ola rahət bir an, tapmayıram.
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qeside-140
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Barilahim qismət etmişYaxşı yoldaşlan məni,
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Sultan HəmidəNərədə qalıb həzreti xeyriil bəşər,Hümmətinə şövq ilə etsin nəzər.